!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlidə ağır qəza - 1 nəfər öldü, 2 nəfər yaralandı

!Reklam – Yazi

Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı ölən və yaralananların şəxsiyyəti də məlum olub. Hadisə nəticəsində İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elxan Qafar oğlu həyatını itirib.

İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1957-ci il təvəllüdlü Hüseynov Qorxmaz İbrahim oğlu, İmişli rayon Sarxanlı kənd sakini, 1977-ci il təvəllüdlü Cabbarov Qabil Aydın oğlu isə yaralanıb.

www.yenicag.az

2638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv