İmişlidə ağır qəza: ölən var

Müəllif: Redaktor

Editor

46adb3163990c8619199128a93b3ad57İmişlidə ölümlə nəticələnən yol-nəqliyat hadisəsi baş verib. Qəza rayonun Məzrəli kəndində qeydə alınıb.

İmişli Rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Füzuli rayonunun Mahmudlu kənd sakini, 1948-ci il təvəllüdlü Fəlakət Rəşid oğlu İmanov idarə etdiyi “Toyota” markalı, 90-GU-869 dövlət nömrə nişanlı avtomobillə qarşısında hərəkətdə olan rayonun Məzrəli kənd sakini, 1972-ci il təvəllüdlü Vasif Musa oğlu Qasımovun idarə etdiyi motosikleti vurub.

Qəza nəticəsində motosikletin sərnişini Bəhrəmtəpə qəsəbə sakini, 1976-cı il təvəllüdlü Quliyev Fəxrəddin İnşallah oğlu dünyasını dəyişib. Sürücü Vasif Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan yaralının vəziyyətinin qənaətbəxş olduğunu bildirirlər.

Qəzaya səbəb kimi havanın yağışlı olması, sürücünün motosikleti görməməsi göstərilir.

Faktla bağlı İmişli Rayon Polis İdarəsində araşdırma aparılır(Qafqazinfo).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir