yenicag.az
yenicag.az

İmişlidə dəhşətli qəza: 3 ölü

İmişlidə dəhşətli qəza: 3 ölü

Müəllif: Redaktor

Editor

72a92d67f84a30126afc206550aa6b9dİmişli rayonunda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Avtoqəza saat 00.30-da İmişli şəhəri, H.Əliyev prospektində baş verib.

İmişli sakini, Kərimov Elkin Əli oğlunun idarə etdiyi VAZ 2107 markalı 10 GV 293 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanan “QAZ 53” markalı 30 BE 153 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər-İmişli rayonu Cəfərli kənd sakini, 1989-cu il təvəllüdlü Əmirov Valeh Əmir oğlu, Otuziki kənd sakini, 1985-ci il təvəllüdlü Cavadov Samir Adəm oğlu və Ağcəbədi rayonu Hacıbədəlli kənd sakini, 1992-cı il təvəllüdlü Mürşüdlü Elçibəy Musa oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Sürücü isə ağır vəziyyətdə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli polis şöbəsi araşdırma aparır.(APA)

Kriminal, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti