!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlidə dəhşətli yanğın - Video, Fotolar

!Reklam – Yazi

İmişlidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yenicag.az-a daxil olan məlumata görə, yanğın hadisəsi bu gün səhər saatlarında şəhərin Tofiq İsmayılov küçəsində yerləşən 6 mərtəbəli yaşayış binasında qeydə alınıb. Alov həmin binanın ikinci mərtəbəsində Elçin Kazımovun kirayədə yaşadığı, ümumi sahəsi 140 kvadratmetr olan 4 otaqlı mənzildə başlayıb. Qısa müddətdə güclənən alov sakinlərə təhlükəli anlar yaşadıb.

Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin İmişli rayon yanğından mühafizə hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb edilib. Sakinlər binadan təxliyə olunub. Yanğısöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmasa da hadisə nəticəsində 20 kvadratmetr sahəsi olan bir otaq əşyaları ilə birgə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

https://youtu.be/oih2Fz3yyJw

 

Yenicag.az

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv