www.sinerjipro.net

SinerjiProWide

İmişlidə iclas keçirildi – Fotolar

Reklam

Pambıqçılığın inkişafı ilə əlaqədar 28 mart 2017-ci il tarixdə Saatlı rayonunda keçirilən respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin icrası ilə bağlı 3 aprel 2017-ci il tarixdə İmişli rayonu Heydər Əliyev mərkəzində aidiyyatı qurumlar və fermer təsərrüfatı rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirildi.

İclasda Azərbaycan respublikası Prezident Adminstratsiyasının məsul işçisi Əflətun Rufuyev, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev,rayon aktivləri və fermerləri iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev Saatlı rayonunda keçirilən respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin icrası və qarşıda duran prioritet məsələlərlə ilə bağlı bildirdi:

Hər birinizə məlumdur ki, Pambıqçılığın inkişafı ilə əlaqədar 28 mart 2017-ci il tarixdə Saatlı rayonunda keçirilən respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə geniş müzakirələr aparılaraq müvafiq tapşırıqlar verildi.

Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu siyasət ölkəmizin bütün regionlarında olduğu kimi İmişli rayonunda da öz bəhrəsini verməkdədir.

Belə ki, İmişli rayonu ilə bağlı ötən ilki təsərrüfat ilinin nəticəsini təhlil edərkən məlum oldu ki,təsərrüfatın bütün sahələri üzrə çox böyük uğurlar əldə edilmişdir.İstər taxılın,şəkər çuğundurun istehsalında və istərsə də heyvandarlığın inkişafında yüksək məhsuldarlığa nail olunmuşdur.Pambıqçılıq sahəsində isə ötən il xüsusi fərqlənmə ili olmuşdur. Belə ki, 5051 ha əkilən pambıq sahəsindən 10204 ton məhsul əldə edilmişdir. Bu da hər hektardan 20.2 sentner məhsul deməkdir.Bu göstərici isə respublikanın pambıqçılıqla məşqul olan rayonlar arasında ən yüksək nəticələrdən biri olmuşdur. 2017-ci ildə 18250 ha sahədə pambıq əkilməsi müəyyən edilmişdir. Artıq 734 torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanmış,12300 ha sahədə şum aparılmışdır.Səpinqabağı texnikaların səpinə hazırlanması başa çatmış, arat və mala işləri davam etdirilir.

Pambıq əkilməsi müəyyən edilmiş 18250 ha torpağın 14930 ha “MKT-İK” MMC İmişli filialının,1250 ha “CTS AQRO” MMC-nin, 750 ha “Kənd Təsərrüfatı” MMC-nin və 1320 ha ha isə RİH-i tərəfindən fərdi qaydada mülkiyətçilərlə bağlanmış müqavilələr əsasında əkilməsi nəzərdə tutulmuşdur.

Rayonun qəsəbə və kəndlərində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədi ilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi eyni zamanda rayon ərazisində 2017-ci ildə əkiləcək pambıq və digər əkin sahələrinin yerlərinin müəyyən edilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış qərargahda hər iş günün sonunda iclas keçirilərək gün ərzində görülən işlər haqqında məlumat ümumiləşdirilməklə yanaşı qaldırılıan problemlərin həlli istiqamətində də tədbirlər görülür.

Pambıq əkini üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri başa çatmaq üzrədir.Rayon ərazisində suvarma sahəsində daha çox əhəmiyyət daşıyan “Boztəpə”, Osmankanal”, “Qızılarx” və “Xəkiarx” adlanan kanallarda təmizləmə işləri əsasən başa çatmışdır.

Pambıqçılığın inkişafı ilə yanaşı baramaçılıq sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, 2016-cı ilin payızında ümumilikdə 37 min tut tingi əkilmişdir.Əkilmiş tut tinglərinə yaxşı qulluq olduğu üçün 100 faiz bitməsinə nail olunmuşdur.

Həmçinin 2016-cı ildə rayon ərazisində 12 mindən çox köhnə tut ağaclarından yaxşı yem götürmək üçün vaxtında budama işləri aparılmışdır. 2017-ci ildə 250 qutu ipək qurdu götürülməsi və gümçülər tərəfindən 10 ton barama istehsal edilməsi nəzərdə tutulmuşdur.Gümçülər artıq tut ağaclarına edilən qulluqla yanaşı baramanın saxlanması üçün yerlərin hazırlanmasına başlamışlar.

2017-ci ildə 300 ha sahədə şəkər çuğunduru əkilmiş,hazırda səpin işləri davam etdirilir.
Rayon icra Hakimiyyətinin başçısının məruzəsindən sonra söz fermerlerə verildi. Çıxış edən fermerlər bəzi problemlərin həllinə köməklik göstərilərsə bu tapşırığın öhdəsindən layiqincə gələcəklərini bildirdilər. Onların problemləri ilə tanış olan rayon icra hakimiyyətinin başçısı bəzi məsələlərin həlli ilə bağlı yerindəcə aydiyyatı qurumlara tapşırıqlar verdi. Digər məsələlərlə bağlı isə qeydlər götürdü.

Sonda çıxış edən Prezident Adminstratsiyasının məsul işçisi Əflətun Rufuyev tədbir iştirakçılarını salamlayaraq bildirdi: Azərbaycan Respublikasının Prezidentinin qeyri-neft sektorunun inkşaf etdirilməsi proqramı pambıqçılığı prioritet sahəyə çevirmişdi. Çox gəlirli sahə olan pambıqçılığın Azərbaycan Respublikasında qədim ənənələri vardır. Pambıqçılığın sovet dönəmində inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Lakin çox təəssüf ki, Respublikamızın müstəqilliyin ilk dövründə kənd təsərrüfat və pamçılıqda əldə olunmuş uğurları davam etdirilə bilmədi. Ümummilli Liderin dönüşü hər sahədə olduğu kimi kənd təsərrüfatı sahəsini də durğunluqdan çıxardı. Lakin bu sahəyə böyük investisyalar lazım olduğu üçün istənilən nəticələri əldə etmək mümkün olmurdu. Artıq Respublikamızın İqtsadiyyatının yüksəlməsi bu sahələrdə inkişafı sürətləndirməyə imkanlar yaradır. Kənd təsərrüfatının hər sahəsinin inkşafı üçün dəqiq proqlamlar işlənib hazırlanmışdır. Pambıqçılıqla yanaşı baramaçılıq, tütünçülük,dənli bitkilər və s. kimi bitkilərində əkinləri genişləndirilir. Bu da yeni iş yerlərinin yaradılması və əhalinin məşğuliyyəti deməkdir. Bu sahədə dövlət fermerlərə öz dəstəyini əsirgəmir, beləki, güzəştli qiymətlərlə kübrələr, yanacaq və sürtgü yağları üçün subsudyalar və iri həcmli kreditlər verir.

Sonda qonaq tədbir iştirakçılarına yeni müasir standartlara cavab vereən istehsal həcmi böyük olan pampıq təmizləmə zavodunun imişli rayonunda tikilməsi planlaşdırldığını bildirərək təsərrüfat sahibləri və fermerləri sevindirdi.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."