www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xalq Sözü qəzetinin yaranmasının 85 illiyi münasibəti ilə İmişli Rayon Heydər Əliyev Mərkəzində qəzetin əməkdaşları ilə görüş keçirilib.

Yeniçağ.Az xəbər verir ki, 13 aprel –”Xalq Sözü” qəzetinin yaranmasının 85 illiyi münasibəti ilə İmişli Rayon Heydər Əliyev Mərkəzində yerli qəzetin əməkdaşları ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev yerli mətbuat nümayəndələrini təbrik edərək, qeyd etmişdir ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradaraq və şanlı jurnalist nəsli yetişdirib.

Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük söz ustadları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək öz qələmləri ilə xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.

Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olub. Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binası bunun bariz nümunəsidir.

Xalq Sözü qəzetinin baş redaktoru Səməd İsmayılov çıxış edərək dövlət başçısı İlham Əliyev və rayon rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını bildirib və baş verən yenilikləri daha da operativ olaraq Xalq Sözü qəzetində işıqlandıracaqlarını əmin etmişdir.

Sonda İcra Hakimiyyətinin Başçısı Cənab Vilyam Hacıyev göstərdiyi xidmətlərdə fərqlənən yerli qəzet işçilərinə Fəxri Fərmanlar təqdim etmişdir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."