!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlidə yol qəzası baş verib: ölən var

!Reklam – Yazi

İmişli rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.Az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü, əslən Ağdərə rayonundan olan 54 yaşlı Zakir Məhəmmədəli oğlu Məmmədov hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində ağır bədən xəsarətləri alıb.

Z.Məmmədov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az

www.yenicag.az

1018
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv