www.sinerjipro.net

SinerjiProWide
Reklam

84403Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək imtahanların və tədbirlərin tarixləri elan edib.

Yenicag.az-ın  TQDK-nın saytına istinadən verdiyi məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 5, 12 və 19-da, həmçinin mayın 3-də keçiriləcək.

Bundan başqa, monitorinq imtahanlarının keçirilmə vaxtları da bəlli olub.

Belə ki, regionlarda 6 və 7-ci siniflər üçün monitorinq imtahanları aprelin 6 və 7-də, Bakıda isə aprelin 9 və 10-da olacaq. 11-ci siniflərdə monitorinq imtahanları regionlarda aprelin 20 və 21-də, Bakıda isə 15, 16 və 17-də olacaq.

TQDK-nın təqdim etdiyi siyahını oxuculara təqdim edirik.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
– ərizə qəbulu – 03- 12 fevral
– qəbul imtahanı – 1-ci mərhələ 22 fevral
– proqram seçimi – 01- 10 aprel
– qəbul imtahanı – 2-ci mərhələ 26 aprel
– ixtisaslaşma seçimi – 07- 12 may
– boş qalan yerlərə ixtisaslaşma seçimi – 22- 28 iyun

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
– ərizə qəbulu – 16- 23 fevral
– qəbul imtahanı (1-ci mərhələ) – 15 mart
– qəbul imtahanı (2-ci mərhələ) – 07 iyul
– ixtisaslaşma seçimi – 10- 14 iyul
– boş qalan yerlərə ixtisaslaşma seçimi – 21- 24 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
– ərizə qəbulu (I- IV qruplar) – 01- 30 aprel
– ərizə qəbulu (V qrup) – 05- 18 may
– qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) – 15– 30 aprel
– qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) – 06- 19 may
– Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması – 01- 31 mart

– Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) – 26 aprel
– Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) – 07 iyul
– qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə – 17 may
– qəbul imtahanı (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə – 24 may
– qəbul imtahanı (cari ilin məzunları)- I və IV qruplar üzrə – 14 iyul
– qəbul imtahanı (cari ilin məzunları)- II və III qruplar üzrə – 25 iyul
– xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) – 15 iyul- 05 avqust
– xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) – 19 iyul- 05 avqust
– ixtisas seçimi (I- V qruplar) – 30 iyul- 11 avqust
– boş qalan yerlərə ixtisas seçimi (I- V qruplar) – 14- 19 avqust

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:
– ərizə qəbulu – 05 – 18 may
– qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur – 06 – 19 may
– Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması – 01- 31 mart
– Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 1-ci imtahan – 26 aprel
– Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 2-ci imtahan – 07 iyul
– qəbul imtahanı (əvvəlki illərin məzunları) – 02 iyul
– xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı – 15 iyul- 05 avqust
– ixtisas seçimi – 14- 19 avqust
– boş qalan yerlərə ixtisas seçimi – 27- 31 avqust

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:
– ərizə qəbulu – 01-31 may
– qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat – 20 may- 02 iyun
– qəbul imtahanı (əvvəlki illərin məzunları) – 02 iyul
– xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur – 07- 11 iyul
– ixtisas seçimi – 08- 15 iyul
– boş qalan yerlərə ixtisas seçimi – 01- 10 avqust

Buraxılış imtahanları:
– Peşə liseyləri – 15 mart
– 1-ci istiqamət (Bakı) – 02 iyun
– 2-ci istiqamət (region) – 06 iyun
– 3-cü istiqamət (region) – 11 iyun
– 4-cü istiqamət (region) – 16 iyun
– Eksternat imtahanı; Əvvəlki il məzunlarının qəbul imtahanı:- Orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan); Ali təhsil müəssisələrinə V qrup üzrə –
02 iyul

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 98
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."