Yazı İçi 468×60

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Yeniçağ.Az xəbər verir ki, iclasda “2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında Hesabat”ın təqdim olunması, imtahanların ilkin qrafiki, ali məktəblərə qəbul qaydaları, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin formaları, yanvarın 28-də vergi orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanlarının nəticələri müzakirə olunub.

Birinci məsələ ilə bağlı DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, hazırkı hesabat Azərbaycan Prezidentinə təqdim edilməzdən əvvəl tanış olub rəy bildirilməsi üçün şura üzvlərinin diqqətinə çatdırılır. Hesabat daha geniş formatda Təhsil Nazirliyinə göndəriləcək, ictimaiyyət üçün isə “Abituriyent” jurnalının 12-ci sayı disk şəklində istifadəyə veriləcək.

İmtahanların ilkin qrafiki ilə bağlı bildirilib ki, qrafikdə yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub: “Çünki bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqədədir və ötən illər bu dövrdə biz qrafiki artıq elan etmişdik. Lakin hazırda tariflərin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq. Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması həmin məsələlərə görə hələ ki, təxirə salınır”.
Gündəlikdə duran növbəti məsələ ilə bağlı məruzə olunub ki, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları DİM tərəfindən rəy bildirilməsi üçün Təhsil və Ədliyyə nazirliklərinə göndərilib, sonuncuların rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub. İclas iştirakçıları ətraflı şəkildə adı çəkilən nazirliklərin rəylərini müzakirə ediblər.

IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) – sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi Şura üzvlərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu formalar DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq. Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatına namizədlər üçün mütləqdir, bu şagirdlər haqqında əvvəldən Şagird-məzun sistemində qeydiyyat aparılacaq, və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda otuzdurulacaq.

Sonda iclas iştirakçılarının nəzərinə ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəşr edilmiş “RİYAZİYYAT” fənni üzrə vəsait təqdim edilmişdir. Qeyd olunmuşdur ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib. (Report)

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."