Yazı İçi 468×60

610x380xs-553.jpg.pagespeed.ic.1N9UdWq6I8gfgf“Mən artıq Milli Məclisə mandat qazanmışam”.

Bunu  açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Onun sözlərinə görə, əsas rəqibi, Ümid partiyasının sədri İqbal Ağazadə deputat kimi nüfuzunu itirib: “Bunu mən seçildiyim dairədə təsdiqini gördüm. Gözləməzdim ki, seçki kampaniyası başlayanda vaxti ilə Şərqşünaslıq fakültəsinin məzunu və anamın sevimli tələbəsi olan bir şəxs qeyri-qanunu üsullardan istifadə edə. Görüşlərdə olarkən seçicilər bildirdilər ki, İqbal Ağazadə ilk 5 illik dövründə sadəcə 3 il işləyib. Ondan sonra seçicilər yadından çıxıb”.

A.Əlizadə qeyd edib ki, deputat seçicilərinin qulluğunda olmalıdır: “Deputat unutmamalıdır ki, o, seçici və əhalidən asılıdır. Biz insanların qulluğunda dayanmaq üçün seçilirik. Bəziləri əfsuslar olsun ki, bunu unudur”.

A.Əlizadə Milli Məclisə vəsiqə qazandığı üşün seçicilərinə və rəhbərlik etdiyi partiya üzvlərinə təşəkkür edib(Aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."