!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İndiyədək məhkumların işgəncə faktına rast gəlməmişik”- Əhməd Abbasbəyli

!Reklam – Yazi

mehkumPenitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar – Rafiq Məmmədtağıyev, Məzahir Həmdəmov və Namiq Acalov dünyalarını dəyişiblər. Bundan əvvəl də bir neçə məhkumun dünyasını dəyişməsi ilə bağlı məlumatlar mediada yer almışdı.

Məsələ ilə bağlı Yeniçağ.Az-a danışan Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli qeyd edib ki, məhkumların dünyasını dəyişməsi ilə bağlı təmsil etdiyi qurum mütəmadi monitorinqlər aparır.

O, bu gün mətbuatda 3 məhkumun dünyasının dəyişməsi ilə bağlı qeyd olunan faktın ötən iki gün ərzində baş vermədiyini deyib:

“Ölüm halları ilə bağlı apardığımız araşdırmalar nəticəsində məlum olur ki, məhkumlar arasında ağır xəstələr, yaşlı insanlar var. Amma onların işgəncə nəticəsində dünyasını dəyişməsi ilə bağlı deyilənlər doğru deyil. Çünki hadisə baş verdikdən sonra İctimai Komitə monitorinq keçirir və indiyədək biz işgəncə faktına rast gəlməmişik. Təbii ki, Penitensiar Xidmətinin Müalicə Müəssisəsində, eyni zamanda 3 saylı Vərəmli Məhkumlar üzrə Müalicə Müəssisəsində ağır durumda olan xəstələr var. Bəzən həmin xəstələrdən dünyasını dəyişənlər olur. Onu da qeyd edim ki, ağır vəziyyətdə olan məhkumların durumu nəzərə alınaraq, onlar azadlığa buraxılır”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv