www.sinerjipro.net

SinerjiProWide
Reklam

02224153iAzərbaycan prezidenti məmurlara nə qədər barmaq silkələsə də, xüsusilə əyalət məmurları özlərini padşah olaraq görməkdə davam edirlər. Dünən Facebook Sosial Şəbəkəsində yayılan bir xəbər bu acı həqiqəti bir daha üzə çıxardı.

Belə ki, Qəbələ rayon Həmzəli kəndinin sakinlərinin verdiyi məlumata görə, icra başçısı Səbuhi Abdullayev yolda maşınının qarşısına çıxan inəyə yaman əsəbləşib. Axtarıb inəyin sahibini tapıb. İnəyin sahibi həmin kəndin yaşlı sakini Səmədov Əhmədiyyə Allahverdi oğlu olub. İcra basçisi sonra öz qoçularını göndərib ki, gedin inəkləri aparın, ətləri ilə cəzalandırın. Cəzalandırma anı qoçulara tabe olmaq istəməyən ev sahibi öz nəvələrini töküb küçəyə ki, inəkləri aparırsınızsa, uşaqları da aparın. Çünki bu uşaqlar həmin o inəklər sayəsində dolanır, çörək tapır. Bu sözdən sonra qoçular daha da qəzəblənib, ev sahibini və oğlunu aparıb “içəri” salıblar və deyiblər ki, ərizə yaz, başçıdan üzr istə ki, “hörmətli başçı, səndən dönə-dönə üzr istəyirəm və inəyim bir də yola çıxsa cəzasını özüm verəcəm”.

Nəticədə ata və oğlu üzrxahlıq məktubu yazaraq, azadlığa buraxılıblar.

????????????????????????????????????
Göründüyü kimi, məmur özbaşınalığının kulminasiya nöqtəsindəyik. Artıq şüursuz heyvanların hərəkətinə görə, insanlar cəzalanırsa, bunun analoqu yoxdur.

Məsələ ilə bağlı Qəbələ rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq istədik. Fəqət internet saytına yerləşdirilən heç bir nömrəyə cavab verən olmadı. Ancaq istədikləri zaman icra başçısının mövqeyini də yayınlaya bilərik.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."