!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnformasiya savaşını hansı tərəf qazandı? – Azər Həsrət şərh edir

!Reklam – Yazi

12969262_10207905073017465_226799199_nAzər Həsrət: “Biz informasiya müharibəsində də üstün olduq və bu üstünlüyü sonadək davam etdirməliyik ki, Ermənistan bir daha üzərimizə gələ bilməsin”

Azərbaycan ordusu son bir neçə gündə düşməm üzərində əldə etdiyi uğurları ilə dünyanın ən güclü ordularından biri olduğunu bir daha təsdiqlədi. Amma hər bir savaşda önəmli məqamlardan biri də informasiya müharibəsidir. Döyüşdə əldə olunan qələbənin möhkəmlənməsində informasiya savaşının da mühüm rolu vardır. Bu mənada Azərbaycanla işğalçı Ermənistan arasında son zamanlar kəskinləşən informasiya müharibəsini görəsən kim qazandı? Bu prosesdə Azərbaycan informasiya məkanının nə kimi müsbət və mənfi tərəfləri üzə çıxdı?

Siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında son günlər cəbhədə baş verən proseslərlə bağlı döyüş əməliyyatları kimi informasiya müharibəsini də Azərbaycan tərəfinin udduğunu diqqətə çatdırdı: “Ermənistan ictimai rəyində iddia edirlər ki, guya bu informasiya müharibəsində onlar qalib çıxıblar. Biz də çalışdıq ki, məsələyə həm ermənilərin, həm də öz gözümüzlə baxaraq müqayisələr aparaq. Diqqətimi cəlb edən məqamlardan başlıcası o oldu ki, Ermənistan ictimai rəyində erməni ordusu və hakimiyyətini ciddi şəkildə tənqid edən yazılar Azərbaycanda olduğundan qat-qat çox idi. Bu o deməkdir ki, erməni ictimai rəyində açıq şəkildə müharibə ilə bağlı ruh düşkünlüyü, özünə inamsızlıq var. Həmin günlərdə istər daxildə, istərsə də xaricdə Azərbaycan ictimai rəyində bu tipli yazılar demək olar ki, yox idi. Bu baxımdan düşünürəm ki, Azərbaycan informasiya müharibəsində üstün tərəf oldu. Belə hərbi əməliyyatlar zamanı adətən ermənilər və onları dəstəkləyən qüvvələr xarici mediada daha aktiv və üstün tərəf olurdular. Xüsusən də beynəlxalq səviyyədə tanınan KİV-lər Ermənistanın mövqeyini açıq olaraq birtərəfli şəkildə dəstəkləyirdi. Bu dəfə isə belə hadisə baş vermədi. Yəni xarici mediada Ermənistana açıq dəstək vermək cəhdləri çox zəif və arxa planda oldu. Hətta ermənilərin öz imzası ilə yazılan tanınmış qəzetlərdəki məqalələrə baxanda gördük ki, onların özləri də məcbur olub hardasa bir qədər də olsa balansı qorumağa meylləniblər. Bu baxımdan Azərbaycan tərəfi həm də informasiya müharibəsində üstün tərəf kimi özünü göstərə bildi. Bu da təsadüfi deyil, çünki işimiz haqq işidir. Dünya nə qədər ədalətsiz olsa da, hər halda konkret faktlarla haqqımızı ortaya qoyanda hesablaşmağa məcbur olurlar. Beləliklə, biz informasiya müharibəsində də üstün tərəf olduq və bu üstünlüyü sonadək davam etdirmək lazımdır ki, Ermənistan bir daha üzərimizə gələ bilməsin”.

Hömsöhbətimiz informasiya müharibəsində qazandığımız müsbət tərəflərlə yanaşı, bəzi mənfi tərəflərin də üzə çıxdığını bildirdi: “Bu informasiya müharibəsində Azərbaycanın yekdil mövqeyi ortaya çıxdı. Cəmiyyətimiz bütövlükdə, iqtidarlı müxalifətli, hətta bir-birinə zidd olan insanlar belə ordumuzun arxasında olduqlarını bəyan etdilər. Siyasi qüvvələrə bağlı aktiv kəsim belə Ali Baş Komandanın ətrafında birləşməyə çağırışlar etdi. Faktiki olaraq Azərbaycan cəmiyyətinin tam böyük əksəriyyəti müharibənin informasiya hissəsində birmənalı mövqe ortaya qoydu. Bu məsələnin müsbət tərəfidir. Üzə çıxan mənfi tərəf isə ondan ibarətdir ki, bəzi üzdəniraq KİV-lər situasiyadan öz faydaları üçün yararlanmağa çalışdı. Heç kimin tanımadığı, heç bir kitabda adı olmayan bəzi saytlar bir qədər insanların emmosiyalarına təsir edəcək qondarma informasiyalar yaymaqla guya vətənpərvərliyi bir qədər də yüksəltməyə cəhd etdiklərini göstərdilər. Əslində isə onların məqsədi reytinq arxasınca qaçmaq idi. Saytlardan biri yazmışdı ki, Azərbaycan ordusu Ermənistanın 9 briqadasını məhv edib. 9 briqada 20-30 min nəfərlik canlı qüvvə deməkdir. Təsəvvür edin, bu saytı işlədənlər nə qədər yarımçıq, baş verənlərdən bixəbər adamlardır ki, belə başlıq qoyaraq xəbər yaymaqla reytinqlərinin yüksələcəyini fikirləşiblər. Amma o başlığı görən kimi başa düşürük ki, onlar informasiya müharibəsində piyadadırlar. İnsanlar Vətən üçün şəhid olur, MeydanTv kimi informasiya daşıyıcıları isə öz KİV-ni təbliğ etmək naminə həmin şəhidlərin şəkillərini internetdən tapıb, çəkmədikləri belə şəkillərinin üzərinə bir müəllif hüququ olaraq loqo yapışdırmaqla özlərini təbliğ edirlər. Bu çox vicdansız yanaşmadır. Bu cür halların gələcəkdə təkrarlanmasını arzu etmirik. Amma ümumilikdə Azərbaycan informasiya seqmentinin apardığı, ardıcıl, davamlı,vahid mövqedən çıxış etdiyimiz iş də uğurumuzun əsas səbəblərindən biri oldu”.

ELÇİN

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv