İngiltərə mətbuatı futbolçumuzu qardaşı ilə səhv saldı

İngiltərə mətbuatı futbolçumuzu qardaşı ilə səhv saldı

Müəllif: Redaktor

Baş Redaktor

Hollandiyanın “Feyenoord” klubunun futbolçusu Ozancan Kökcü Azərbaycan millisindən imtina edib. Bu barədə məlumatı İngiltərə “The Tmes” nəşri yayıb.

Məlumatda bildirilir ki, 18 yaşlı yarımmüdafiəçi Hollandiya yığmasının formasını geyinməkdə maraqlıdır. Bu ölkənin U-17 komandasında çıxış etmiş Ozancan Azərbaycanın gənclərdən ibarət millisinin Antaliyadakı son toplanışında iştirak etmişdi. İngiltərə klublarının maraq dairəsində olan Kökcünün məhz legioner həyatı yaşamaq üçün Hollandiya millisini seçdiyi bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Ozancan Kökcünün anası Sibel Kökcü ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan gənc futbolçunun anası oğlanlarını səhv saldıqlarını dedi:

“Yalan-yanlış xəbərlərdir. Hərçənd ki, onların da bir günahı yoxdur. Çünki həmişə böyük oğlum Ozancanı kiçik oğlumla səhv salırlır. Kiçik oğlum Orkun gələn həftə Hollandiya milli komandası ilə Portuqaliyaya gedir. İngiltərə mətbuatı da oğlanlarımı səhv salıb”.

Qeyd edək ki, Ozancanın 16 yaşlı qardaşı Orkun Kökcü hazırda Hollandiyanın U-17 millisinin üzvüdür.

Aygün

Yenicag.az

Foto Qalereya:

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti