Yazı İçi 468×60

 

5-645Hər kəsi maraqlandıran bir sual var: “İnsan öldükdən sonra bədənində nələr baş verir?”

Öldükdən sonra təxminən 30 dəqiqə ərzində bədəndə refleks deyilən bir şey qalmır. Boşalan əzələlər, ağız və göz qapaqları açıq qalır.

Bədən toxuması sərtləşir

Öldükdən 10 saat sonra bədən tamamilə sərtləşir. Həyəcanlı anda, yəni ölümlə mübarizə apararkən ölüm yaşanıbsa, bədən olduğu vəziyyətdə sərtləşir. Döyüşdə ölən insanların vurulduğu andakı kimi sərtləşməsi də buna görə olur.

Bədən temperaturu bir gündə 24 dərəcə düşür

Ölüm anından etibarən bədən temperaturu hər saat 1 dərəcə soyuyur.

Kök insanların daxili orqanları daha gec soyuyur. Uşaq və arıq adamların bədəni daha tez soyuyur.

Bədənin çürüməsi

Ölüm gerçəkləşdiyi andan etibarən 24 saat sonra bədən çürüməyə başlayır. Nəfəsin dayanması bakteriyaları hərəkətə keçirir.

İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bağırsaqlardır. Cəsəd kökdürsə, daha tez çürüyür. Uşaqlar və duzlu suda boğulanlar isə daha gec çürüyür. Ən gec çürüyən orqanlar isə ürək, sidik kisəsi, böyrək və uşaqlıq olur. Uşaqlığın çürüməsi aylarla davam edir.

İnsan öləndə bədəni niyə şişir?

İlk çürüyən yer olan mədə-bağırsaqda bakteriyalar çox işlədiyi üçün sürətlə qaz ortaya çıxır. Bu qaz qarın bölgəsinin şişməsinə səbəb olur. Dərinin üstü yanıq kimi su toplayarkən, bədəndə yaranan sulfid ucbatından rəng qaralmağa başlayır.

Saç və dırnaqlar uzanmağa davam edirmi?

Dərinin yığılması və çürümə baş verdiyindən dırnaqlar önə çıxdığı üçün uzandığı hesab edilir. Ancaq ölüm baş verəndə bədənin bütün funksiyaları dayandığından dırnaq və saç uzanması baş vermir.

Məzardan səslər gələ bilərmi?

Məzardan gələn səslər çürümə prosesinin nəticəsidir. Gündən günə şişən qarın partlayır və sinə çökür. Bu hadisə məzardan duyula biləcək qədər səsli ola bilir.

“Qırxı çıxmaq” nə deməkdir?

Əzələlərin sümüklərdən ayrılıb tökülməyə başladığı an qırxıncı günə təsadüf etdiyindən xalq arasında iztirabın azalması kimi qiymət verilir və “40-ı çıxdı” deyirlər.

Cəsədi basdırdıqdan sonra torpaq altında bakteriyalar daxildə hərəkətə keçdiyində, bayırdan da ət həşəratı göz və buruna yuva qoyur. Bu həşəratlar yeməkləri bitənə qədər burda qalır və ölür. Sonra bu həşəratları yemək üçün yeniləri gəlir və bu proses sümüklər qalana qədər davam edir.(Aktual)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."