www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycanın supermarket pərakəndəsi isti havalar səbəbindən yavaş-yavaş əriməyə başlayıb. Kimi dözə bilməyib mağazasın bağlayıb tətilə çıxıb, kimi də son nəfəsini verir, kimi isə ümidlə yeni bir küləyin əsəcəyini gözləyir. Bəziləri üçün isə hava elə belə xoşdu! Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görürük ki, ötən ilin cari mövsümündə dövriyyə 15-20 %  azalırdısa, hazırda  azalma 40%-i göstərir. Günü-gündən artan qiymət siyasəti, çeşid azlığı və keyfiyyətin düşməsi heçdə istehlakçıya pozitiv düşüncə və normal yaşam vəd etmir. Son zamanların trendi halına gələn dəniz kənarı və Bakı kəndlərinə, o cümlədən regionlara axın edən şəbəkələr birazda olsa nəfəs ala biliblər.

  1. Bazarstore Sistemli şəkildə inkişaf edən yeganə şəbəkədirki, bazarda uğurların daim izləmək olur, təəssüf ki, bu sistemlilik bəzi texniki və personalın yaratdığı problemləri vaxtında həll edə bilmədiyi üçündür ki, haqlı müştəri narazılığları davamlı şəkildə baş verir. Regionlardakı inkişaf xətti isə təqdirəlayiqdir.
  2. Araz
    Şəbəkə nizamsız olaraq bazarda filial sayını artırsada, qlobal prizmadan baxdıqda bunu uğur hesab etmək olar, amma hazırki addımlar nə dərəcədə yerli bazar üçün uğurlu olub-olmamasın bunu gələcək göstərəcək. Daxili problemlər isə həddən artıq çox olduğu üçün müştəri məmnuniyyəti demək olarkı çox aşağıdır.
  3. MakroMart
    Şəbəkə hazırda bazarda öz mövqeyini qorumaq, daxildəki maddi, texniki və resurs problemlərini həll etməklə gələcəkdə baş verə biləcək rəqabət sıxışdırmasına qarşı özünü hazır vəziyyətə gətirir. Heçdə təəccüblü olmayan xidmət və qiymət problemləri bu şəbəkədə də özünəməxsus şəkildə baş verməkdədir.
  4. Neptun
    Şəbəkə hər zaman bazarda sağlam addımlar atmağa üstünlük verir, bunun nəticəsidirki, 10 il ərzində heç vaxt büdrəməyən şəbəkə, Hiper marketin hazırlığ prosesin gücləndirib. Hazırda bir sıra layihələrə hədəflənən şəbəkə xidmət gücünü artıraraq müştəri məmnunniyyəti yaratmağa çalışır.
  5. Rahat
    Bazarda böyük dinamik sürətlə yol alan şəbəkə, uğurları və sosial layihələri ilə hər kəsi təccübləndirir. Uğurları paytaxtda və regionlarda davam etməkdədir.
  6. Bizim
    Bizim “bizim pullarımıza göz dikib” desək yanılmarıq. Müştərilər dəfələrlə etdikləri alış-verişdə onlara qaytarılan qalıq pulların düzgün qaytarılmamasından şikayətçidir. Üstü toz basmış məhsullar və qastranomdan gələn qoxudan məhsullara yaxınlaşmaq olmur.
  7. Grandmart
    Müştəriyə verilən məhsulun keyfiyyətsizliyindənmi deyək, yoxsa bu məhsulu geri götürmək istəməyən marketdənmi deyək bilmirik. Müştərilərinə qarşı heçdə dürüst olmayan bu şəbəkə onun üçündürki inkişaf edə bilmir.
  8. Favorit
    Regionlardakı uğurlu çıxışı və bu uğuru paytaxtda davam etdirmələri böyük təqdirəlayiq haldır, müştəriləri üçün mağaza daxilində daim yeniliklər edən şəbəkənin uğurları müştəriləri sevindirir.
  9. №1” 
    Şəbəkə daha yeni bir uğura imza ataraq Novxanı kəndində ən böyük və fərqli konseptə supermarketinin açlışını etdi. Genişliyi və rahatlığı xüsusi diqqət çəkən məqamlardandır.
  10. Səbət və Fresco
    Səbət marketlər şəbəkəsi artıq bazardan fərqləmir, kassa önündə siqaret çəkən işçilərdən tutmuş, xadimənin qastronomda məhsul çəkib satması və s. Bir sözlə biyabırçılıq. Fresco ona baxanda daha mədəni aldadır milləti. Aylarla vaxtı keçmiş məhsulları insanlara sataraq xalqı zəhərləməklə məşğuldur.
  11. Sarı
    Şəbəkədə salafan paket problemi var, Sarı marketlər şəbəkəsində başqa bir marketin salafan paketləri ilə müştəriləri yola salırlar. Mağazada dərdini deməyə adam tapılmır, mağazanın müdirləri və administratorları deyəsən haradasa yatır!
  12. Bolmart
    Bir-birlərinə sürtüşən işçilər, mağazada kimə yaxınlaşıb söz soruşursan deyir “mən baxmıram ondan soruş”, o baxmır o birindən soruş və s. Beləliklə müştəriləri yola verirlər.
  13. Endi
    Şəbəkə müəyyən orqanlardan yayınmaq üçün mağazalarının adını dəyişdirməyə başlayıb, bir müddət Müşfiq qəsəbəsində açdığı mağazanın adını dəyişdirərək Davud Market edib.
  14. ArmoStore
    Şəbəkə artıq iflas etmək üzrədir, bağlanmamaq üçün hər bir dəyəri tapdamağa hazırdır, yetərki “batmayaq” deyib Halal konseptindən çıxmaq qərarına gəliblər. Artıq ArmoStore mağazalar şəbəkəsinin vitrinlərindən Sprtli içkilər, Donuz yağı qatqılı məhsullar və s. ala bilərsiniz.

Bütün şəbəkələrdən millətimizə dəstək olmağı və çətin günlərdə dövlətimizə və onun vətəndaşlarına  keyfiyyətli məhsullar, üstün xidmət və münasib qiymət təqdim etmələrini xahiş edirik.

 

S/s Supermarketlər Reytinq Keyfiyyət Qiymət Xidmət Çeşid Aksiya
1 №1 74 12 17 10 17 18
2 Rahat 72 12 16 10 16 18
3 Neptun 72 12 16 10 17 17
4 Bazarstore 72 13 14 10 17 18
5 Favorit 70 12 16 9 16 17
6 Araz 69 11 15 10 16 17
7 Makro 69 12 15 10 16 16
8 Sarı 68 11 15 12 15 15
9 Fresco 66 11 14 9 16 16
10 Bolmart 64 10 15 9 15 15
11 Bizim 64 10 15 8 15 16
12 Grandmart 63 11 13 9 15 15
13 ARMO Store 62 10 15 9 13 15
14 Səbət 62 10 15 8 14 15
15 Endi 61 9 16 8 14 14
16 Elmar market 59 9 15 8 14 13
17 Lider-As 57 9 13 8 14 13
18 Kontinental 51 11 10 8 12 10

supermarketinq.com

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 515
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."