İnsanlarla dolu xəstəxananı uçurdular

Müəllif: Redaktor

Editor

Bulldozer removes the debris from demolition of old derelict buildings

Çinin Çjençjou şəhərində (Henan vilayəti) buldozer fəaliyyət göstərən xəstəxananın bir hissəsi və morqu uçurub.

Hadisə nəticəsində bir neçə klinika əməkdaşı xəsarət alıb. Klinikaya ümumilikdə 20 milyon yuan (3 milyon dollar) zərər dəyib. Bundan əlavə, xəstəxana dağıntıları arasında bir neçə morq da qalıb.

`Qalıqların bu cür dəfn edilməsi ölülərə qarşı hörmətsizikdir. Mən heç vaxt belə bir şeyin baş verəcəyini düşünmürdüm”, – deyə xəstəxana nümayəndəsi Çjan Yuan bildirib.

Agentlik qeyd edir ki, yerli idarəetmə orqanı yaxınlıqdan keçən yolun xəstəxananın sökülməsi hesabına genişləndirmək istəyiblər. Xəstəxananın bir neçə şöbəsi köçürülsə də, onlardan bəziləri hələ də fəaliyyətini davam etdirib. İşçilər klinika söküləcəyinə dair onlara xəbərdarlıq edilmədiyini bildiriblər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir