“İnstagram” yeni funksiyasını işə saldı

Müəllif: resul

Editor

instagram“Instagram” mobil əlavəsi rəsmi olaraq canlı video yayım funksiyasını işə salıb.

Yenicag.az “İKT.lent.az”-a istinadən xəbər verir ki, artıq ABŞ sakinləri bu funksiyadan istifadə edə biləcəklər.

İstifadəçilər mobil əlavə yenilənəndən sonra oradakı xüsusi düymə sayəsində canlı yayımı işə sala biləcəklər. Canlı video 1 saatla məhdudlaşacaq. Bununla belə, bu videolar serverlərdə saxlanılmır və bu üzdən videoya yenidən baxmaq mümkün olmayacaq. Bununla da o, “Facebook Live” və “Periscope” kimi oxşar xidmətlərdən fərqlənir. Belə ki, bu xidmətlərdə istifadəçilər videonu geri fırlayıb yenidən baxa bilirlər.

Yaxın həftələrdə gözlənilir ki, yenilik digər ölkələrdə də əlçatan olacaq.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır