Yazı İçi 468×60

instaqrammŞəkil və video paylaşma platforması İnstaqram müəyyən təşkilati istifadəçilər üçün yenilik tətbiq etməyə hazırlaşır.

Yenilik firmaların İnstaqram izləyicilərinə asanlıqla nəzarət edə bilməsini təmin edəcək.

Digər tərəfdən sosial şəbəkənin yaxın zamanlarda istifadəyə verəcəyi “təqibçi” yeniliyi izləyicilərin qız və ya oğlan olması, onların yaşları kimi bir çox xüsusiyyətləri istifadəçilərə çatdıracaq.

Bu daha çox İnstaqram vasitəsi ilə satış edənlərin işinə yarayacaq.

Ötən həftə milyonlarla istifadəçisi olan şəbəkə onu məşhurlaşdıran loqosunu dəyişib. iOS və Android platformalarındakı yenilənmə isə “İnstagram” yeni görkəmə bürünüb.

Əslində yeni loqo formasına görə köhnəyə oxşayır. Lakin kamera işarəsində bu dəfə daha dolğun rənglərdən istifadə edilib. Dəyişiklik ancaq görünüşdə olub. Şəbəkənin daxili xüsusiyyətlərindən heç birində fərq olmayacaq.

“İnstagram”ın dizayn komandasının rəhbəri İan Spalterin sözlərinə görə, dəyişikliyin səbəbi incə cizgilərlə istifadəçilərin zövqünü oxşamaq, daha estetik bir görünüş yaratmaqdır.

“İnstagram” şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir. Şəbəkə 2010-cu ilin oktyabr ayında yaradılıb. Şəbəkə xüsusilə məşhur insanlar arasında daha çox populyardır.(Anspress)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."