Yazı İçi 468×60

qerb1Azərbaycanda təhsil deyərkən ilk olaraq hər kəsin ağlından problemlər və neqativ hallar keçir

Amma təhsilimizin uğurları da var və təbii ki, bu uğulardan söhbət gedərkən öncə tələbələrin müasir dövrə uyğun şəkildə mütəxəssis kimi yetişməsi əsas tutulur.

Qeyd edək ki, tələbələrin intellektual səviyyəsinin və ixtisaslarına uyğun peşəkarlıqlarının artırılması üçün çox az universitetlərdə dərsdən kənar tədbirlər və praktiki təlimlər həyata keçirilir. Qərb Universiteti bu az sayda olanlardan biridir və belə təhsil metodlarından istifadə edənlərin birincisidir.

Hər həftə universitetin müxtəlif fakültələrində maraqlı tədbirlər və intellektual oyunlar keçirilir. Bu da təbii ki, tələbələrin öz üzərlərində daha ciddi çalışmaları və bilik səviyyələrinin artması ilə yanaşı, intellektual axtarışları üçün stimul yaradır.

Ötən həftə Universitetin İşguzar-inzibatçılıq fakültəsində, İqtisadiyyat marketinq və menecment kafedrasının tədris etdiyi “İnsan resurslarının idarəedilməsi” fənninin “Heyətin toplanması və seçilməsi” mövzusunda seminar dərsində IV kurs tələbələri üçün işgüzar oyunun təşkil edilməsi diqqət çəkəndir.

Praktiki biliklərin artırılmasına yönələn oyunda məhz tələbələr tərəfindən müsahibə üçün xüsusi testlər, anket, psixoloji suallar və s. tərtib olunub. Tamamilə Avropa və Amerika təhsil sisteminin ən qabağcıl təcrübəsinə əsaslanan belə tədris metodu Azərbaycanda çox az yerdədir və bu, onu deməyə əsas verir ki, Qərb Universitetinin məzunu sabah müstəqil çalışarkən, belə ilkin təcrübə qaynağına sahib olması ilə irəliyə gedə bilir.
İntellektual səviyyənin yüksəldilməsinə hesablanan digər bir yarışma “Qərbin intellektləri” adı altında keçirilib. Elmi-intellektual oyunda şəkilli, musiqili və açıq tipli suallara da yer verilib. Stimulverici nəticə isə odur ki, qaliblərə sertifikatlar təqdim olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 265
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."