yenicag.az
yenicag.az

"İnter" klubu borca görə dağılır? - RƏSMİ AÇIQLAMA

“İnter” klubu borca görə dağılır? – RƏSMİ AÇIQLAMA

Müəllif: Redaktor

Editor

Mətbuatda “İnter”də futbolçuların üç aydan çoxdur ki, məvacib üzünə həsrət qaldığı xəbərləri yayılıb. Hətta problem həllini tapmasa, klubun Premyer Liqanın III dövrəsi başlayana kimi dağılacağı barədə xəbər yayılıb.

Məsələyə aydınlıq gətirmək üçün “İnter” klubunun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi Yeniçağ.az-a açıqlamasında futbolçulara olan borcu təsdiqləsə də, klubun dağılmayacağını deyib:

“Düzdür, “İnter”in futbolçulara borcu qalıb. Belə ki, futbolçular hələ dekabr ayının maaşını ala bilməyiblər. Söz verilib ki, maaşlar fevral ayında tam ödəniləcək. Klubun dağılması barədə xəbərlər isə reallığı əks etdirmir. Klub normal fəaliyyət göstərir, futbolçular da məşq edirlər”.

Qeyd edək ki, “İnter” Azərbaycan Premyer Liqasında II dövrədən sonra 25 xalla üçüncü pillədə qərarlaşıb.

Aygün İlqarqızı

Yenicag.az

Xəbərlər, İdman, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti