Yazı İçi 468×60

metbuat_şurasi_yenicag.azBu gün Mətbuat Şurasının İdarə Heyətinin iclasında Azərbaycanda internet mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması müzakirə olunub.

YENİCAG.AZ-ın APA-ya verdiyi xəbərə görə, Şura sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyi münasibəti ilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə bu istiqamətdə müzakirələr gedib: “Həmin vaxt dövlət başçısının məsələyə münasibəti, dəyərləndirməsi oldu. Buna görə də ictimai rəyə təsirinin dövlətin və cəmiyyətin mənafeləri ilə uzlaşdırılması, səmərəli məcraya salınması, ölkəmizin dünyada daha sistemli şəkildə təbliği üçün onlayn media vasitələrinə də dövlət dəstəyi şamil edilə bilər”.

İclasda məsələ ilə əlaqədar kriteriyaların dəqiqləşdirilməsinin, yekun təkliflərin ölkə rəhbərliyinə təqdim edilməsinin zəruriliyi önə çəkilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."