İnternet necə ixtira edildi?

Müəllif: resul

Editor

internetHazırda milyardlarla cihaz internetə qoşulur və işlərimizi online görə bilirik. Bəs internet necə icad edildi? Tarixçəsi nədir?

Günümüzdə internetin ölçüsünü bilə bilmirik. Beləki, istifadə etdiyimiz IPv4 texnologiyası 4 milyard cihaza internetə qoşulmaq icazəsi verir lakin yaxın zamanlarda bu, köhnə bir texnologiya olaraq qalmaq üzrədir. IPv6-ya keçilməsi an məsələsidir, üstəgəl2030-cu illərdə 50 milyard cihazın internetə qoşulacağı güman edilir. Ancaq ilk kompüter şəbəkəsində sadəcə 42 kompüter mövcud imiş!

1481894821_a551283362d78512a2ce31f6629203131d35a5dd

Bu qədər inkişaf etmiş olmasına baxmayaraq internetin tarixi çox da köhnə deyil. İlk olaraq ARPANET adlı, hərbi bir layihə olaraq kompüterlərin bir-birləri ilə danışacaqları bir layihə idi. Keçdiyimiz günlərdə bu layihənin xəritəsi paylaşıldı. İndi sadə bir internet kafe topologiyası ilə hardasa eyni olan bu layihə, o vaxtlar dünyanın ən inkişaf etmiş layihələrindən biri idi.

1481894843_f1c5eb3530f1b14502ba5c2a3a1c69341d413c18

İlk olaraq ABŞ müdafiə nazirliyi tərəfindən istifadə edilənARPANET, 2 il sonra universitetlər arası əlaqə qurmaq üçün istifadə edilməyə başlandı. Sonra beynəlxalq bir texnologiyaya çevrildi və peyklər vasitəsi ilə istifadə edilməyə başlandı. 1980-ci ildə NSFNet adlı yeni hərbi bir layihəyə çevrildi. Elə o vaxtlar, hələ bugün də istifadə etdiyimiz TCP/IP protokolu yaradıldı. Beləcə kompüterlər bir birinə daha təsirli bir formada qoşula bildi.1989-da Tim Berners-Lee “World Wide Web”i ixtira etdi və günümüzdə istifadə etdiyimiz internet ortaya çıxdı.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır