!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnternetdə ilin ən populyar brendlərin siyahısı

!Reklam – Yazi

brend“FashionUnited” şirkətinin mütəxəssisləri müxtəlif ticarət markalarının sosial şəbəkələrdəki mövqelərini öyrənib və 2016-cı ilin populyar olan brendlərinin reytinqini tətbiq ediblər.

Yeniçağ.Az “İKT.lent.az”-a istinadən məlumatına görə, qiymətləndirmənin əsas amili “Facebook”, “Instagram”, “Pinterest” və “Twitter” kimi kütləvi sosial şəbəkələrdə qeydiyyatdan keçənlərin və fəal istifadəçilərin sayı olub.

Hesablamalara görə, sosial şəbəkələrdə geridə qoymaqda olduğumuz ilin ən populyar brendi “Nike” olub. İdman geyimləri və ayaqqabılarının istehsalı ilə məşğul olan ticarət markasının “İnstagram” akkauntuna son bir il ərzində əlavə olaraq 12,7 milyon istifadəçi qeydiyyata düşüb.

“FashionUnited” reytinqinin ikinci pilləsində “Nike”ın əsas rəqibi “Adidas” qərarlaşıb. Bu markanın “İnstagram”dakı tərəfdaşlarının sayı son bir il ərzində 12 milyon nəfərə qədər artıb.

TOP-10-luğa “Chanel”, “Dior”, “Zara”, “Gucci”, “Louis Vuitton”, “Burberry”, “H&M” kimi tanınmış brendlərin adları daxil edilib.

Yeniçağ.Az

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv