!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"İnterpol"a verilən millimizin keçmiş üzvü Azəbaycana qayıdır?

!Reklam – Yazi

Bildiyimiz kimi ötən ilin martında dopinq, maliyyə və bir çox problemlər üzündən ağır atletika üzrə millimizi tərk edən, vətəndaşlıqdan rəsmən imtina edən Moldova əsilli Kristina Yovunun sonuncu iş yeri Rumıniya yığması olub. Qısa müddət ərzində o, yeni komandasında dünya çempionatı mükafatçısı adını qazana bilib.

Yeniçağ.az vaxtı ilə Azərbaycanda 500 min dollar qarşılığında “milliləşmə”yə razı olduğu üçün ölkəsi tərəfindən “İnterpol”a verilən K.Yovu haqda bəzi məlumatlar əldə edib. Məlumatda bildirilir ki, qadın atlet yenidən Azərbaycana gələ bilər. Onun gəlişində iki səbəb var. Birinci əsas səbəb AAAF-ın ona olan borcunu almaq üçündür. Belə ki, Azərbaycandan gedərkən millinin ona bir neçə aylıq maaş borcu qalıb.

Digər səbəb isə onun yenidən “milliləşdirilmə” məsələsidir. Əgər yerli federasiya ilə razılıq əldə olunarsa Yovu keçmiş komandasına qayıda bilər. Təbii ki, bunun qarşılığında federasiya müəyyən miqdarda pul ödəməlidir. Nəzərə alaq ki, Kristina Yovu bu gün Rumıniya adına çıxış etdiyi turnirlərin bir çoxundan üzüağ çıxıb. Bu da onun yeni qiymətinə təsir edə bilər.

Xatırladaq ki, ölkəsi adına London Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışlarında bürünc medal qazanmış Kristina Yovunun 2013-cü ildə Azərbaycana gəlməsi vətəni Moldovada böyük rezonans doğurmuşdu. Ölkəsində sərhəd polisi, gizir rütbəsini daşıyan ağır atlet məlumat vermədən Azərbaycana gəldiyi üçün “İnterpol”a verilmişdi. Daha sonra onun Moldovaya qayıtmasına qadağa qoyulub.

2 il öncə Azərbaycan millisinin dopinq aşkarlanan 18 üzvündən biri də Kristina Yovu idi. Buna görə, o, 2015-ci ilin sonlarında Azərbaycan millisindən, 2016-cı ilin martında isə vətəndaşlığından imtina edib.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv