İntihar edən qadın 15 yaşında ərə gedibmiş – Təfərrüatlar

Müəllif: Redaktor

Editor

 

ozunuasdidhdh9Qobustan rayonunda yaşayan 25 yaşlı ananın intiharının səbəbləri məlum olub.

Rayonun Ərəbsalbaş kəndinin bələdiyyəsi Ramiz Rəhmanov AzNews.az-a açıqlamasında bildirib ki, İntizar Məmmədova iki ilə imiş ki, vərəm xəstəliyindən əziyyət çəkirmiş: “Atası ilə danışdım. Dedi ki, xəstə olub. Xəstəlik ağırlaşanda özünü idarə edə bilməyib. İnsan həyatdan küsəndə nə istəsə edə bilir. İntizar sentyabrın 26-da intihar edib və dünən torpağa tapşırılıb. Onun gözəl ailəsi, uşaqları və həyat yoldaşı var. Həyat yoldaşı ailəcanlı, işgüzar şəxsdir. Ailə vəziyyətləri də yaxşı olub”.

Bələdiyyə sədri qeyd edib ki, İ.Məmmədovanın 10 yaşında uşağı var: “Bu ailəyə cavan demək olmaz. 10 ildir ki, həyat yoldaşı ilə yol gəlir. Əgər ailədə problem olsaydı çoxdan bilinərdi”.

Qeyd edək ki, Qobustan rayonunda Ərəbşalbaş kəndində intihar hadisəsi olub. Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır