!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İntihar ən çirkin günahdır - İlahiyyatçı fikri

!Reklam – Yazi

Tanınmış psixoloq Dəyanət Rzayev yanvarın 25-i yaşadığı mənzildə kəmərlə özünü asaraq intihar edib. Tez-tez intiharlarla bağlı çıxış edən psixoterapevtin son aylarda depressiyada olduğu bildirilib.

Yeniçağ.az-a psixoloq Dəyanət Rzayevin intiharını şərh edərkən psixoloq Aidə Nəbiyeva deyib ki, psixoloq da adi insandır. Onun da hissləri, problemləri var:

Aidə Nəbiyeva ile ilgili görsel sonucu“Əgər Dəyanət intihar edibsə, demək, onun həyatında da mənfi nələrsə baş verib. Psixoloqun intihara əl atması cəmiyyətin daha üzücü və ruhdan düşməsinə səbəb olan bir faktordur. Təsəvvür edin ki, insanlar sıravi vətəndaşın ölümünü streslə qəbul edirsə, psixoloqun ölümünü şok kimi qarşılayır. Çünki cəmiyyət psixoloqa daha çox ümid edir ki, intihara qalib gələ bilir, depressiyadan çıxır. Bu halın baş verməsi təbii ki, insanlarda inamsızlıq və ruh düşgünlüyü yaradır. Bu gün əksər insanlarımız mənə sual ünvanlayıblar ki, necə olur ki psixoloq da intihar edir? Hər şeydən əvvəl onu unutmaq lazım deyil ki, psixoloq insandır. Dəyanət Rzayev çox savadlı bir psixoloq idi. Ancaq onun intiharı cəmiyyətə mənfi təsir göstərir”.

İlahiyyatçı-alim Yaşar Qurbanov bildirdi ki, intihar dini baxımdan ən böyük günahdır:

Yaşar Qurbanov ile ilgili görsel sonucu“Allah-təala Qurani-Kərimdə Nisə surəsi, 29-cu ayədə buyurur ki, “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”. İnsanın öz nəfsinə qəsb etməsi, öldürməsi böyük günahlardan biridir. İntihar edən insan Allahın rəhmətindən ümidini üzmüş insandır. Hətta intiharın haramlığı haqda bir neçə peyğəmbərimizin hədisini demək istəyirəm. “Kim özünü dağdan atıb intihar edərsə, cəhənnəmdə də o formada əzab veriləcək”. “Kim özünü zəhərlə zəhərləyib öldürərsə, cəhənnəmdə də o formada əzab veriləcək”. “Kim özünə dəmir aləti ilə xətər yetirib öldürərsə, cəhənnəmdə də o formada əzab veriləcək”. Rəbbimiz rəhmlidir. Bu dünyada insan səbr etməlidir, insanın başına hər iş gələ bilər, sıxıntıya düçar ola bilər. Ancaq intihara cəhd etməz. Allah adlarından biri də Əs-Saburdur. Allah səbr edən bəndələrini sevər. İnsanın öz nəfsinə qəsb etməsi və Allahın rəhmətindən əlini üzməsi, şeytanın yoluna baş vurması və şeytanı sevindirməsi, Allahın dərgahında ən pis və ən çirkin günahlardan biridir”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

2025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv