!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İntihar etmiş tələbənin atası prokurorluğa çağırıldı

!Reklam – Yazi

telebe8699_28839“Qızım Rumiyyə ilə bağlı dünən Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna və Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişəm”.

Bu sözləri açıqlamasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atası Elşən Qasımov deyib. O qeyd edib ki, artıq Sumqayıt şəhər Prokurorluğundan onunla əlaqə saxlanılıb və açılan cinayət işi ilə bağlı ifadə vermək lazım olduğu bildirilib.

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.

Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu “Azəri” hazırlıq kurslarında əlaçı abituriyent olub.

Tələbənin yaxınlarının və atasının Modern.az-a verdiyi məlumata görə, universitetdən imtahanlara görə pul istənililib və verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.

Sumqayıt Dövlət Universiteti isə deyilənləri təkzib edib.(modern)

www.yenicag.az

760
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv