yenicag.az

İordaniyada polisə və turistlərə hücum : girovlar azad olunub – YENİLƏNİB

İordaniyada polisə və turistlərə hücum : girovlar azad olunub – YENİLƏNİB

Müəllif: resul

Editor

19jordan

İordaniyanın Əl-Karak şəhərində polislə silahlılar arasında baş verən atışma nəticəsində 10 nəfər ölüb onlardan 7-si polis əməkdaşı və biri kanadalı turist olmaqla, 3 mülki şəxsdir, azı 20 nəfər yaralanb.

Xüsusi əməliyyat nəticəsində Silahlıların girov götürdüyü 14 nəfər azad olunub.

“Əl-Ərəbiyə” telekanalının məlumatına görə, İordaniya xüsusi təyinatlıları 3 silahlını məhv edib, digərlərinin axtarışı davam etdirilir.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma  öz üzərinə götürməyib.

***

İordaniyanın qərbində yerləşən Əl-Karak şəhərində polislə silahlılar arasında baş vermiş atışmada 8 nəfər ölüb, 22 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, ölənlərdən 5-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 2-i mülki vətəndaş, 1-i isə Kanadadan olan turistdir.

***

İordaniyanın qərbində yerləşən Əl-Karak şəhərində naməlum qrup polis şöbəsinə və turistlərin olduğu avtobusa hücum edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində biri kanadalı turist qadın olmaqla, 5 nəfər həyatını itirib. Atışma zamanı 9 nəfər də yaralanıb.

İordaniya hökumətinin mətbuat katibi Məhəmməd əl-Momaniyənin yerli mətbuata yaydığı məlumata görə, silahlılar girovları Əl-Qarah şəhərindəki orta əsrdən qalmış qəsrdə saxlayırlar. Mətbuat katibinin sözlərinə görə, qəsrdə 5 silahlı gizlənib. Həmin şəxslər bu gün səhər polis bölməsinə və partul maşınına hücum ediblər.

Hal-hazırda təhlükəsizlik qüvvələri girovları xilasetmə əməliyyatı həyata keçirir.

Yenicag.az

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti