!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“iPhone 7” belə olacaq -Fotolar

!Reklam – Yazi

238781Apple-nin 2016-cı ilin sentyabrında satışa çıxaracağı yeni ağıllı telefon ailəsi iPhone 7 indidən maraq dairəsinə daxil olub. Yeni ağıllı telefonla bağlı artıq bir neçə mütəxəssi öz fikirlərini bildiriblər və onlar telefonun əsas xüsusiyyətlərinə diqqət yönəldiblər. Onlardan bəzilərini təqdim edirikik:

Apple A10 prosessoru

Mövcud iPhone 6s ailəsində Apple A9, iPad Pro modelində isə A9x istifadə edilir. Ən böyük gözlənti A9x-in daha mobil vəziyyətə gətirilərək, A10 adı ilə iPhone 7 modelində istifadə edilməsidir. Və artıq Apple tərəfində də 4 və ya 8 nüvəli prosessorların vaxtı gəlib çatıb. Firma yalnız 2 nüvə ilə 8 nüvəli rəqiblərinə meydan oxuyur.

3 GB RAM

iPhone 6s və iPhone 6s Plus modellərində uzun müddət sonra istifadə edilən 2 GB RAM miqdarının iPhone 7-də 3 GB-yə çatdırılması gözlənilir. Bunu əslində bir marketinq strategiyası hesab etmək olar. Çünki iPhone 6s ailəsi onsuz da çox sürətlidir. Bu sürət ilə bir neçə il yüksək səviyyəli xidmət göstərə bilər. Ancaq 3 GB RAM istifadə edilərsə, istifadəçilər tərəfində əhəmiyyətli bir satış meyarı olacaq.

Suya davamlı gövdə

iPhone 6s və iPhone 6s Plus modellərinin daxili strukturunda qaz sızmasına qarşı istifadə olunan maddələr diqqət çəkmişdi. Bu qaz sızmasına qarşı istifadə olunan maddələri Apple-nin su izolyasiyası məsləsindəki ilk addım kimi qiymətləndirənlər var. Yəni su izolyasiyası məsələsi iPhone 6s ilə sınaqdan keçirilir, iPhone 7-də isə eynilə Sony kimi suya tamamilə dözümlü telefonlar istehsal edilə bilər.

Daha incə gövdə

Bazardakı ağıllı telefonlar arasında 6.9 mm ilə onsuz da ən incə telefonlardan biri olan iPhone 6 ailəsinin iPhone 7 ilə bir az da nazikləşməsi gözlənilir. Ancaq bu gözlənti istifadəçilərin üstünlük vermədiyi bir xüsusiyyətdir. Çünki istifadəçilər incəlik yerinə, daha böyük batareyalar istifadə edilməsini istəyir.

Yeni ekran paneli

Androiddə rəqiblər Quad HD-dən istifadə etməsinə baxmayaraq, Apple hələ də Full HD-yə keçməyib. Beləliklə, böyük gözləntilərdən biri də budur. iPhone 7 modelində Quad HD və ya Full HD bir ekran istifadəsi gözlənilir.

Daha sürətli arxivləşdirmə

Yeni iPhone modelində daha sürətli arxivləşdirmə gözlənilir. SanDisk və Toşiba tərəfindən hazırlanan 3D NAND bazasının iPhone 7-də istifadə edilməsi gözlənilir. Bundan başqa, başlanğıc modeli olaraq 16 GB deyil, 32 GB istifadə etməyin vaxtı da artıq gəlib.

Uyğun qiymətli bir model: iPhone 7

iPhone 6s ilə gözlənən münasib qiymətli və plastik qutulu bir iPhone gözləntiləri boşa çıxdı. Ancaq iPhone 7-də bu məsələ gözlənilir. iPhone 7 ilə birlikdə 100-200 dollar daha ucuz və plastik gövdəli yeni bir cihazın təqdimatı mümkündür. Ancaq yəqin ki, 3d Touch ekran və 4K video çəkilişi xüsusiyyətləri olmayacaq. (faktxeber.com)

www.yenicag.az

1410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv