!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“iPhone 7” gəlir

!Reklam – Yazi

img1867304“Apple” şirkəti “İphone 7”-nin təqdimatı ilə bağlı yeni qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, şirkət öz məhsulunu vaxtından tez ictimaiyyətə təqdim etmək niyyətindədir. Belə ki, təqdimat üçün şirkət sentyabr ayının 9-nu gözləyir.

“Apple” sentyabrın 9-da “İphone 7” modelini və yeni “İpad”ı təqdim edəcək. Təqdim olunacaq “İphone 7”-nin görünüşündə heç bir fərq hiss olunmur, ancaq bəzi texniki parametrlər cəhətdən “İphone-6”-dan üstün olacaq.

Bunlardan biri də yeni “Force Touch Technology” funksiyasıdır. Bu funksiya ekrana toxunmanın həssaslığını yoxlayacaq. Bu da o deməkdir ki, Retina ekranındakı kiçik elektrodlardan istifadə edərək, incə toxunuşla sərt toxunuş arasındakı fərqi yoxlayacaq. “İphone 7”-də əlavə su keçirməyən korpus, enerjinin uzun müddət saxlanması, yüksək keyfiyyətli qrafika, sapfir kristal ekran kimi yeniliklər də olacaq.

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv