www.sinerjipro.net

SinerjiProWide
Reklam

Qarşıdakı günlərdə təqdim olunacaq iOS 10.3.2 versiyası, milyonlarla iPhone istifadəçisini kədərləndirəcək.

Bu versiya ilə birlikdə iOS 10-un 32-bit dəstəyi sona çatır. Qarşıdakı günlərdə təqdim ediləcək iOS 10.3.2 yenilənməsi, quruluşuna görə olduqca bənzərsizdir. Ancaq bunu yaxşı mənada vurğulamırıq.

Apple, bu günə qədər görülməmiş bir şeyi edir və iOS 10 versiyasının ortasında, bəzi köhnə iPhone modellərinə dəstəyi dayandırır.

iOS 10.3.2 versiyasının iki beta versiyası da 32-bit cihazları dəstəkləmədi.

Bu o deməkdir ki, təxminən 43.7 Milyon iPhone istifadəçisi iOS 10.3.2 versiyasını istifadə edə bilməyəcək. Çünki hələ də iPhone 5 və iPhone 5c modellərini istifadə edən milyonlarla insan var. Bu telefonlar iOS 10 istifadə edən son iPhone cihazları olacaq. Bu modellər yalnız iOS 10.3.1 versiyasını istifadə edə biləcəklər.

Yenə də iPhone 5 və iPhone 5C kimi cihazların, iOS 10.3.1 versiyasına qədər yenilənmiş olması sevindirici haldır. Çünki Android tərəfində bu cür köhnəlmiş cihazlar, yeni versiyalara qəbul olunmur. Yenə də Apple-ın iOS 10 versiyasının ortasında belə bir addım atması olduqca maraqlıdır. (technote.az)

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."