www.sinerjipro.net

SinerjiProWide
Reklam

 Android-VS-AppleDaim yenilənən “Android” “Apple”ə meydan oxumaqdadır. Belə ki,  “Android” “Apple” ilə müqayisədə müştərilərinə daha çox azadlıq şansı verir. Yenicag.az xəbər verir ki,  “Android”in bu yenilikləri ilə ağıllı telefonda xeyli işlər görmək olur ki, onları “Apple” ilə görmək mümkün deyil.

1. ADV Screen Recorder

ADV Screen Recorder

Bu proqram ilə ekran videosunu çəkmək olur.

2. Google Opinion Rewards

Google Opinion Rewards

“Google Opinion Rewards” istifadəçi anketini doldurduğun təqdirdə, “Google Play Store”də istifadə edə biləcəyiniz virtual pul qazanmaq olur.

3. Audify

Audify

“Audify”, siz maşın sürərkən, telefonlarınıza gələn xəbərdarlıqları səsli olaraq oxuyur.

4. Muzei

Muzei

“Muzei”, divar kağızını hər gün bir məşhur sənət əsəri olaraq, göstərən bir proqramdır.

5. AppLock

AppLock

“AppLock”, telefon və proqramlarınızı üz və səs tanıma üsulu ilə açmağınızı təmin edir. Üstəlik, şəklinizdən istifadə edərək, sistemi aldatmağa çalışanlara qarşı  da “canlılıq” xüsusiyyəti də var.

6. Avast Mobile Security & Antivirus

Avast Mobile Security & Antivirus

“Avast”, istədiyiniz proqramları PİN-lə bağlamanızı, oğurlanan cihazınızı təqib etməyinizi, oğrunu yaxalamaq üçün telefonu uzaqdan təqib edərək, fotoqraf çəkməyinizi və səs yazmanızı təmin edir.

7. Light Flow

Light Flow

Xəbərdarlıqlar üçün LED işığından istifadə edən mesaj, mail və başqa xəbərdarlıqlar üçün fərqli rənglər seçilə bilir

8. Wikileaks

Wikileaks

“Apple” “Wikileaks”ın paylaşdığı bilgiləri əldə etmək üçün istifadə olunan proqramı “App Store”dən sildi. Ancaq “Google Play Store”dən endirə bilərsiniz.

9. Lux

Lux

“Lux”, telefonunuzun parlaqlığını istədiyiniz kimi düzəldə biləcəyiniz proqramdır.

10. tTorrent

tTorrent

tTorrent, torrent dosyalarını asanlıqla tapıb endirmənizi təmin edən proqramdır

11. Mighty Text

Mighty Text

“Mighty Text”, “Android” nömrənizi istifadə edərək, kompyuter və tabletlərdən SMS göndərmənizi təmin edir. Gmail üzərindən çalışan proqram telefonunuza baxa bilmədiyiniz zamanlarda sizə yardım edir.

12. Cerberus

Cerberus

“Cerberus”, oğurlanan və ya itirilən telefonla bağlı sizə yardım edir. Siz sms ilə uzaqdan telefonu idarə edə, cihazınızdakı hər şeyi silə və ya kilidləyə bilərsiniz.

13. AirDroid

AirDroid

AirDroid, telefonunuzu kompyuter üzərindən kontrol etməyinizi və dosya, mesaj və xəbərdarlıqlarınızı kompyuterə köçürməyənizi təmin edir.

14. HoverChat

HoverChat

HoverChat, başqa bir proqramdan istifadə edərkən, hətta film izləyərkən belə asanlıqla mesajlaşmanızı təmin edir.

15. Cover

Cover

Cover, ən çox istifadə etdiyiniz proqramları kilid ekranında yerləşdirir.

16. Locale

Locale

“Locale”, harada olduğunuza, kimin sizi aradığına, batareya durumuna və ya saata görə, telefonunuzun hesablarını dəyişdirir. Məsələn, telefonu üzü üstə çevirəndə avtomatik səssizə alır, ya da batareya 20 faizin altına düşəndə, parlaqlığı azaldır.

17. Google Sky Map

Google Sky Map

Sky Map ilə telefonunuzu göyə tutaraq, ulduz isimlərini öyrənə bilərsiniz.

18. Tasker

Tasker

“Tasker” telefonunuzu istədiyiniz kimi özəlləşdirməyə imkan verən proqramdır.

19. UCCW

UCCW

UCCW, ev ekranınız üçün öz “widget”lərinizi dizayn etməyə izn verən proqramdır.

20. Unclouded

Unclouded

Dropbox, Google Drive, OneDrive, Box və Mega kimi yaddaş servislərini tək bir yerdən idarə etməyinizə izn verən möhtəşəm bir proqramdır.

21. Drupe

Drupe

“Drupe” bütün bağlantılarınızı tək bir yerdə toplayıb, onlarla əlaqə qurmaq üçün seçdiyiniz istənilən proqramı anında seçməyinizə imkan yaradır.

22. Solid Explorer

Solid Explorer

Bununla SD kartınızındakı dosyalardan kompyuterdəki kimi asanlıqla istifadə edə bilərsiniz.  DropboxGoogle Drive, OneDrive, Mega ve Owncloud kimi fərqli servislərdəki dosyaları bu proqramla istifadə etmək daha asandır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 151
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."