!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqbal Ağazadə Eynulla Fətullayevin adından saxtakarlıq edib? – İddia

!Reklam – Yazi

iqbalaraz7Araz Əlizadə rəqibinə qarşı sərt ittihamlar səsləndirdi

35 saylı Xətai 3-cü seçki dairəsində namizədlər ASDP sədri Araz Əlizadə  ilə Ümid Partiyasinin sədri, deputat İqbal Ağazadə arasında ziddiyyətlər getdikcə kəskinləşir. İqbal Ağazadənin qardaşı İlqar Ağazadə ilə bağlı olan iki nəfər şəxs Araz Əlizadənin səlahiyyətli nümayəndəsinin evinə daxil olmağa cəhd ediblər.

Bu barədə Yenicag.az-a açıqlama verən ASDP sədri aşağıdakıları bildirdi: “Mətbuatda guya İqbal Ağazadənin seçiciləri pulla görüşünə çağırdığı barədə məlumat gedib. Bu barədə mənə sual verəndə bildirdim ki, şahidi olmamışam, yalan danışa bilmərəm. Amma bir şeyin şahidiyəm ki, İqbal Ağazadə Eynulla Fətullayevin imzası ilə Mərkəzi Seçki Komissiyasına əleyhimə yönəlik  saxta məktub ünvanlayıb.  Burada qoyulan imza isə gözəl bir qadının imzasıdır.  Eynulla Fətullayevin xəttinə isə bələdəm. Məndə onun bir neçə imzası var. Onunla bağlı olaraq məsələni araşdırmaq üçün Baş Prokurorluğa müraciət etmişəm. İki nəfər şəxs səlahiyyətli nümayəndəm Günel Babayevanın evinə gəlib. Həmin vaxt o evdə olmayıb, anası da qapını açmayıb. Hərçənd ki, gələnlər qapının açılmasını tələb edib və bildiriblər ki, Günel onlarla getməlidir. Hara getməlidir, hələ heç kəs müəyyən etməyib. Polis isə burada cinayət tərkibinin olmadığını deyir. Amma icraçının iradəsindən asılı olmayaraq nəyinsə baş verməməsi heç də o demək deyil ki, belə bir şey yoxdur. Kim deyə bilər ki, Günel xanım evdə olsaydı, anası qapını açsaydı nə baş verə bilərdi?  Telefon vasitəsilə gələnlərin avtomobilinin dövlət nömrəsini polisə bildirdik, nömrə budur, 50 BZ 661. Polis onları yaxaladı. Məlum oldu ki, bu şəxslər İqbal Ağazadənin qardaşı İlqar Ağazadəyə məxsus asvalt-beton zavodunda işləyirlər.  Boyunlarına aldılar ki, həmin ünvanı da onlara İlqar verib. Amma bir məsələ var, İqbal Ağazadə o qədər həyasızdır ki, deyir bu hadisələr  ümumiyyətlə olmayıb.  Bu barədə mənə sual verəndə atalar misalında olduğu kimi demişəm ki, iqballıqla yalançılığın 40 gün ömrü var. Adamda bir abır-həya olmalıdır.  Necə yəni gənc qızın evinə iki nəfər erkəyi göndərirsən? İlqar və İqbal Ağazadə də bu hərəkətə görə cavab verəcəklər. Versinlər məni məhkəməyə. Bu adamın asfalt çəkmək, uşaq əyləncək yerləri qoymaqdan xoşu gəlirsə, kim ona maneə olur ki, getsin bələdiyyəyə üzvü olsun.  Məlumat toplamışam , 5 ildir tələb edir ki, bütün asfalt-beton  işləri ancaq İqbal Ağazadənin qardaşının zavodundan keçməli, pulu ora köçürməlidirlər.  Buna isə artıq korrupsiya deyilir. Bu səbəbdən də seçkiləri uduzaraq yağlı tikədən məhrum olacağına görə özünü belə aparır. Ona görə bütün yollara əl atırlar ki,  təki puldan məhrum olmasınlar.

ELÇİN

 

 

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv