İqbal Ağazadə rəqibinə qarşı “qoçuluq” edib?

yenicag.az

Müəllif: Redaktor

Baş Redaktor

araziqbal35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadəyə xəbərdarlıq olunub.
Bunu Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, oktyabrın 7-də İqbal Ağazadənin qardaşı İlqar Ağazadə onun səlahiyyətli nümayəndəsi Günel Babayevanın evinə iki kişi göndərərək ona təzyiq etməyə çalışıblar: “Onlar Günel Babayevanın anası ilə kobud danışıblar. Qadın huşunu itirib, təcili yardım çağırıblar. Nəticədə Günel Babayevanın ailəsi Xətai Rayon Polis Şöbəsinə müraciət edib.

Polis araşdırması zamanı məlum olub ki, bunlar İlqar Ağazadənin işçiləridir. Onlar Günel Babayevanın evinə İlqar Ağazadənin tapşırığı ilə gediblər. Onlar buna başqa don geyindirməyə çalışsalar da mən buna inanmıram. Onlar hədə-qorxu gəlmək üçün bu yolu seçiblər”.

A.Əlizadənin sözlərinə görə, hazırda baş verən hadisə ilə bağlı Xətai Rayon Polis Şöbəsində istintaq gedir: “Biz mübarizəmizi davam etdirəcəyik. Bundan sonra prokurorluq orqanlarına müraciət edəcəyik. Qeyri-qanuni nə iş görsələr qanun qarşısında cavab verəcəklər”.

O, bildirib ki, DSK-dan İ.Ağazadəyə xəbərdarlıq edilib: “Dairə Seçki Komissiyası ona xəbərdar edib ki, əgər bir də seçki qanunlarını pozsa onun namizədliyi ləğv olunacaq. Lakin o, qanunları pozmaqda davam edir”.

Xatırladaq ki, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə seçki rəqibi, “Ümid” partiyasının sədri İqbal Ağazadədən 35 saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasına şikayət ərizəsi yazıb. Həmin şikayətdə İ.Ağazadənin seçki qanunvericiliyini pozması və seçiciləri müxtəlif yollarla ələ alması göstərilib. Bundan başqa A.Əlizadə şikayətində İ.Ağazadənin qardaşının da adını hallandırıb.

Qeyd edək ki, “Ümid” Partiyasının sədri İqbal Ağazadə ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərində rəqibdir. Onların hər ikisi 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəddir(aznews).

Siyasət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti