İqbal Ağazadə seçkiyə getdi, müavini istefa verdi  – Təfərrüat

Müəllif: Baş Redaktor

Baş Redaktor

yenicag.az_iqbal_hecerYenidən deputatlıq uğrunda mübarizəyə başlamaq istəyən Ümid Pariyasının sədri İqbal Ağazadəyə ilk sürpriz partiyasından gəldi. Belə ki, Ümid Partiyasının sədr müavini Həcər Abbaslı vəzifəsindən və partiyadan istefa verib.

Bu barədə Yenicag.az-a məlumat verən Həcər xanım bildirib ki, istefasına səbəb partiyadaxili qərarların demokratik yolla qəbul edilməməsi, idarəçiliyin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, perspektivi və ümum komanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəminində aparılması olub.

“Bildirmək istəyirəm ki , istefamı partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi , partiya daxili idarəciliyinin üzvlərin ictimai siyasi təcrübəsi , fərdi potensialı , prespektivi və ümüm komanda maraqlarının əsasında deyil , sədrin şəxsi münasibətləri zəmnində aparılması bu qərarı verməyimə səbəb oldu. İstefama səbəblərdən ən əsası isə Azərbaycan Respublikası Milli Məclisinə 2016 ci il 18 İyun təkrar seçkilərində iştirak qərarım və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi , həmcinin sədrin özünün namizədliyinin partiya rəhbərliyi ilə müzakirə etmədən gizlin irəli sürməsi olmuşdur. Bəyan edirəm ki , bu gündən müxalif partiya imitasiyasında , cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır