!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtidar vəzifələri müxalifətlə bölüşəcək? – Tərəflər danışır

!Reklam – Yazi

12431630_10207090952384958_1517237715_nAydın Mirzəzadə: “İqtidara müxalif insanların hakimiyyətdə təmsil olunması qeyri-mümkündür”

Sərdar Cəlaloğlu: “Belə idarəetmədə 100 dənə Pənah Hüseyn, 500 dənə Sərdar Cəlaloğlu hakimiyyətə gəlsə də, bununla vəziyyət dəyişməyəcək”

AXP sədri Pənah Hüseyn mətbuata açıqlamasında manatın devalvasiyasından sonra yaranan mövcud vəziyyətə toxunaraq iqtidarı hakimiyyəti müxalifətlə bölüşməyə səsləyib. Bununla bağlı o bunları deyib: “Dövrün çağrıları məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir. Əks halda vəziyyətdən normal çıxış yolu mümkün deyil”. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə Yenicag.az-a açıqlamasında ona cavab olaraq bildirib ki, iqtidar hakimiyyəti müxalifətlə bölüşməyəcək: “AXP-nin nə parlament, heç bələdiyyə səviyyəsində də nümayəndəliyi yoxdur. İndi cəmiyyət seçkilərdə uğur qazanmayan insanlara hakimiyyət və böyük səlahiyyət verməlidir? Müxalifət vaxtaşırı hakimiyyət məsələsinə toxunur. Onlar hələ də düşünürlər ki, cəmiyyətin dəstəyini qazanmadan, seçkilərdə qələbə çalmadan hakimiyyətə gəlməlidirlər. Görünür, 1992-ci ilin hadisələrində hakimiyyətə gəlmələri yadlarından
çıxmır. Hesab edirlər ki, hakimiyyətə mütləq ya inqilab yoluyla, ya da böhran dövründə gəlmək olar. Azərbaycanda bu gün seçkilərlə formalaşmış hakimiyyət var və bu hakimiyyət üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirir. Bu baxımdan da iqtidara müxalif insanların hakimiyyətdə təmsil olunması qeyri-mümkündür”.
ADP sədri Sərdar Cəlaloğlu da özünəməxsus tərzdə P. Hüseynin təklifinin reallaşmayacağını söylədi: “Mark deyirdi ki, maşının özü xarabdırsa, ondan yaxşı məhsul istehsal etmək mümkün deyil. Çünki istənilən yaxşı xammal üzə pis məhsul kimi
çıxacaq. Bu gün Azərbaycan iqtidarında idarəetmənin keyfiyyəti aşağıdır. Belə idarəetmədə 100 dənə Pənah Hüseyn, 500 dənə də Sərdar Cəlaloğlu hakimiyyətə gəlsə, bununla vəziyyət dəyişməyəcək. İdarəetmə dəyişməlidir. Bu baş verdikdə isə idarəetmədə kimin olmasının o qədər də əhəmiyyəti yoxdur. Bu artıq ikinci dərəcəli əhəmiyyət kəsb edəcək. Bu baxımdan mövcud böhran şəraitində iqtidarla hakimiyyət bölgüsündə iştirak etməklə, guya problemdən çıxacağıq, bu tamamilə yanlış məsələdir. Düzgün olan odur ki, ölkədə ciddi siyasi islahatlar aparılmalıdır. Belə siyasi islahatlar isə müxalifəti avtomatik olaraq hakimiyyətə gətirəcək. Amma iqtidarla razılaşdırılmış və indiki idarəetmə qalmaqla kim hakimiyyətə gələcəksə, ölkədə heç nə dəyişilməyəcək”.

ELÇİN

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv