!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadçı-ekspert: “Əgər bunun dövlət büdcəsinə bir xeyri olacağını düşünürlərsə, yanılırlar”

!Reklam – Yazi

fb93c3a2134022125b5f38a0e18c4e9f“Sözügedən istiqamətdə idxal rüsumlarının 2 dəfə artırılması təəccüb doğurur”

Bu fikri Yenicag.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. Onun sözlərin görə, ölkəyə idxal olunan minik avtomobillərinin idxalı azalıb:

“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 dəfə azdır. 2016-cı ilin 10 ayı ərzində Azərbaycana 4 min 349 ədəd nəqliyyat vasitəsi idxal olunub. 2015-ci ilin 10 ayında isə 21 min 497 ədəd minik avtomobili idxal olunmuşdu. İdxalın azalmasına səbəb ölkədə alıcı qüvvəsinin azalması ilə izah olunur”.

Ümumiyyətlə, hələ bir neçə il öncədən başlanan bu proses bank kreditləşdirilməsinin məhdudlaşdırılması, həmçinin bu sahədə aksiz dərəcələrinin artırılması ilə əlaqədardır:

“Sual yaranır ki, əgər, bir istiqamətdə idxalda azalma varsa, vergi dərəcələrini və gömrük rüsumlarını növbəti dəfə artırmaqla, bunu yenidən buxova almaq nə məqsəd daşıyır? Əgər bunun dövlət büdcəsinə bir xeyri olacağını düşünürlərsə, yanılırlar. Digər tərəfdən, əgər baş verənləri yerli istehsalı himayə kimi xarakterizə edirlərsə, yenə yanlış siyasətdir. Himayə olunası başqa sahələrimiz var… Hesab edirəm ki, xüsusən, idxal olunan minik avtomobillərinə aksiz dərəcəsinin artırılması səhv addımdır. Əslində, bu, büdcəyə gəlirləri daha da azaldacaq”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Vergilər naziri Fazil Məmmədov məlumat verib ki, Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsi artırılır.

Gülnarə Eynullaqızı
Yenicag.Az

 

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv