İqtisadçı: “O pullar deputatların maaşlarının artırılmasına sərf olunacaq”

Müəllif: resul

Editor

budceParlamentdə 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı Milli Məclisin saxlanılmasına ayrılan vəsaitin 850 min manat artırılmasına dair təklif hökumət tərəfindən nəzərə alınıb.

Büdcə pullarına qənaət etmək məqsədi ilə dövlət qurumlarının xərclərində ixtisarlar aparılmasının zəruriliyi haqda təkliflərin irəli sürüldüyü bir şəraitdə Milli Məclisə ayrılan vəsaitlərin həcminin az qala 1 milyon manat artırılmasının nəzərdə tutulması təəccüb doğurmaya bilməz.

Məsələ ilə bağlı Yenicag.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin (LİM) rəhbəri Akif Nəsirli bildirib ki, MM-ə gələn il üçün ayrılan vəsaitin artırılmasının planlaşdırılması deputatların maaşlarının artırılması məsələsini də gündəmə gətirib:

“2017-ci ilin maliyyə baxımından çətin il olacağına baxmayaraq, Milli Məclisin saxlanılmasına ayrılan vəsaitin miqdarının artırılmasında qeyri-adi nəsə axtarmağa ehtiyac duymuram. Çox güman ki, Milli Məclisin xərclərinin artırılması ilə növbəti ildə deputatların əmək haqlarının artırılması məsələsi gündəmdə olacaq. Yəqin ki, məhz bunu planlaşdırdıqlarından, özlərinə ayrılan xərclərin həcmini də artırıblar.

Digər tərəfdən, Azərbaycanda deputatlar, məmurlar, ümumiyyətlə, dövlət idarəetməsi ilə məşğul olan bütün personalar koorporativ, şəxsi maraqları ümumi maraqlardan daha üstün tuturlar. Ölkənin bütün sektorlarında, bütün idarəetmə seqmentlərində vəziyyət belədir. Sivil ölkələrdə isə koorporativ maraqlara üstünlük vermək qəbahət sayılır. Bu mənada Azərbaycan parlamentinin həmin addıma getməsi qəbahətdir. Ümumiyyətlə, parlamentdə oturan deputatlar hamının əvəzinə düşünməlidirlər, onlar ölkənin beyin, düşüncə mərkəzi olmalıdırlar. Amma Azərbaycanda deputatların çoxunun bu yanaşması 180 dərəcə fərqlidir”.

ELÇİN
Yenicağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır