İqtisadiyyat naziri Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Müəllif: Redaktor

Editor

İqtisadiyyat naziri Şahin Mustafayev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Yenicag.Az-a verilən xəbərə görə, nazir Şahin Mustafayev Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləyir. Azərbaycanın islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə və islam həmrəyliyinin möhkəmləndirilməsinə önəm verdiyini qeyd edən Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edildiyini, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb. Şahin Mustafayev Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivlərindən danışaraq bildirib ki, 2016-cı ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın bu yaxınlarda Bakıda ilk iclası keçiriləcək, 11-14 fevral tarixlərində Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək. Ölkələrimiz arasında birbaşa hava uçuşlarının mövcud olması, “ASAN viza”nın tətbiqi Azərbaycan-Qətər əlaqələrinin inkişafında önəmlidir.

Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verlilib və Qətər şirkətləri fəal əməkdaşlığa dəvət edilib. Qeyd edilib ki, digər sahələrlə yanaşı, Qətər iş adamları Sumqayıt Kimya Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edərək sənaye parkına investisiya yatıra bilərlər.

Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Qətər iş adamlarının Azərbaycana maraq göstərdiyini qeyd edən səfir Yusif bin Həsən əl-Sai əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirib, İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib.

Görüşdə həmçinin, iqtisadi əlaqələrin genişləndirilməsi və birgə investisiya fondunun yaradılmasına dair müzakirələr aparılıb.

Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir