!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İradə doğuş videosuna yazılan şərhlərə qəzəbləndi

!Reklam – Yazi

31987İllərdir ahımı, günahımı alan insanlara üzülürəm.

Bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova oğlunu dünyaya gətirdiyi anın videosuna yazılan şərhlər haqda rəsmi İnstaqram səhifəsində yazıb. O, insanların çox paxıl olduqlarını bildirib:

“Əlinin doğumu ilə bağlı mediada video paylaşılıb. Həmin görüntüləri ilk dəfə izlədim. Ailə fotomuzu çəkən xanım səhifəsində başqaları kimi bizim də xoş günümüzü paylaşıb. Onun mənə təqdim etdiyi videoda bu görüntülər olmayıb. Yeni gördüm və gün ərzində çoxlu insanlar videonu izləyib, kövrəldiklərini yazıblar. Amma ənənəsinə sadiq qalan bəziləri “tərifindən” qalmadı.

Bu cür görüntülər onu birmənalı qarşılayanlar üçün hazırlanır. Təki Allah övlad arzusunda olan hər kəsə bu sevinci daddırsın. Onu tənqid hədəfi etməkdənsə, sevincdən özünə pay götürsə, həyatı daha gözəl olar. İllərdir ahımı, günahımı alan insanlara üzülürəm. Gün gələcək, tək-tək cavab verəcəksiniz. Mən buna inanıram”.

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv