!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran Ermənistana 2 milyard dollar dəyərində maddi yardım göstərib” – politoloq

!Reklam – Yazi

bayraqermenistanİranın işğalçı Ermənistana göstərdiyi maddi yardımın həcmi sözdə “İslam həmrəyliyi”ndən danışan fars-molla rejiminin gerçək simasını göstərir.

Yeniçağ.Az xəbər verir ki, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi ənənəvi “Qarabağ saatı”nda İran-Ermənistan münasibətlərinin mövcud durumuna da nəzər salıb.

Onun sözlərinə görə, Tehran İrəvanla münasibətlərini daha da inkişaf etdirmək üçün özündən asılı olan bütün addımları atır:

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu“Son həftə ərzində İrandan Azərbaycana yönələn bir sıra bəyanatların şahidi olduq. Təbii ki, İran rəsmlərinin və mətbuatının Azərbaycan əleyhinə ortaya atdıqları iddialar, ittihamlar əsassızdır. Onlar İsrail baş nazirinin Azərbaycana səfərinə başqa don geydirmək istəyirlər. Ancaq Azərbaycan-İsrail münasibətlərinin kökündə hansı məsələlərin dayandığını İranda çox gözəl bilirlər. Azərbaycan İsrailə neft satır, ondan silah alır. Mən özüm dəfələrlə İran rəsmilərinə bu münasibətləri izah etmişəm. Bəs İranın özü Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla necə davranır?

Qeyd edim ki, Azərbaycanın müstəqilliyinin ilk aylarında rəsmi Bakı Qarabağ münaqişəsinin nizamlanması üçün İranın vasitəçilik missiyasını üzərinə götürməsinə şərait yaratdı. Bunun nəticəsində Şuşanı itirdik. Ondan sonra İran bu məsələdə öz yanlışlarını düzəltmək əvəzinə Ermənistanla münasibətlərini daha da inkişaf etdirdi. Fikir verin, təqribən son 20 ildə İran Ermənistana 2 milyard dollar həcmində maddi yardım göstərib. Bu məbləğ ABŞ-ın Ermənistana göstərdiyi maddi yardım qədərdir. Təsəvvür edirsiniz? Bundan sonra İran nə haqla başqa dövləti nədəsə günahlandıra bilər?”

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv