!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran İraqı necə ələ keçirdi?

!Reklam – Yazi

15327711_834776909998947_1031429676_nMosul əməliyyatı ilə İranın İraqa açıq şəkildə təsirini görürük. Bu, İran tərəfindən keçmişdə mükəmməl təhkimetmə planın bir parçası olaraq qarşımıza çıxır.

İran, 1980-1988-ci illərdə İran-İraq müharibəsindən ciddi yara alaraq ayrıldı. İraqda aktiv olan şiə siyasi təşkilatları (İraq İslam Ali Məclisi, Bədr Qüvvələri və Dava Partiyası) bu müharibə ərzində İran İslam İnqilabı Keşikçiləri cəbhəsində Səddama qarşı döyüşüblər.

İran bu savaşda Səddama qalib gələ bilməsə də, İraqda gələcəyə hesablanan məqsədlərinə çatmış oldu. Bu, İraq şiələrinin güclənməsi idi.

2003-cü ildə İraqın ABŞ tərəfindən işğalı və Səddamın devrilməsi məhz İrana illərlə gözlədiyi fürsəti verdi. Xüsusilə, Səddamın doğulduğu Tiqritin İrana yaxın güclər tərəfindən ələ keçirilməsi bu ölkəyə mənəvi dəstək oldu.

Səddamdan sonra yaradılan və ABŞ-ın təsirində olan Bağdad hökuməti də sonradan “şiə ağırlığı” olan dövlətə çevrildi.

İranın İraq siyasətini ələ keçirməsi…

Hətta İran getdikcə İraq siyasətini də ələ keçirməyə başladı. Belə ki, İran bu məqsədlə İraqdakı koalisiyalara məhkum edilən bir parlament sistemini tətbiq etdi.

2005-ci il parlament seçkilərində şiələrin çoxluq təşkil etdiyi Birləşmiş Ərəb İttifaqı daha çox mandat qazandı. Bu ittifaq tərəfindən yazılması nəzərdə tutulan konstitusiyanın və bu sənədlə yaradılacaq muxtariyyatların belə İrana xeyri var idi. Belə ki, İran, sərhədləri xaricində olan şiələrin çoxluq təşkil etdiyi bölgələrdə muxtariyyat elan edildikdən sonra Tehran hökumətinə daha yaxın olacaqdı.

Qasım Süleymani İraq siyasətinə necə istiqamət verir?

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı olan Qasım Süleymani İraq siyasətinin formalaşmasında siyasi partiyalar arasında “hakimlik” vəzifəsini icra edib. Daha sonra o, müxtəlif vəzifələrdə olub.

2008-ci ildə ABŞ-ın terrorçular siyahısında adı yer alan Süleymani şiə lider Müqtəda Əl-Sədr və Bağdad hökuməti arasında narazılığı aradan qaldırmaqla Qərbin sevimlisinə çevrildi.

İranın İraq siyasəti üzərində olan təsiri 2010-cu ildə keçirilən parlament seçkilərin daha açıq şəkildə özünü büruzə verməyə başladı. İranın dəstəklədiyi şiə qolu seçkilərdə qalib olan Allivinin baş nazir olmasına mane olaraq, Malikini yenidən vəzifədə saxladı. Seçkilərin 2010-cu ilin mart ayında keçirilməsinə baxmayaraq, baş nazir dekabr ayında seçildi. Bu ərəfədə Malikinin vəzifədə qalacağı bəlli idi, çünki artıq Qasım Süleymani şiə və kürd liderləri arasında əlaqə yaratmışdı. 2014-cü ildə keçirilən seçkilərdə iraqlıların təzyiqi nəticəsində Maliki vəzifəsindən gedir. Onun yerinə Abadinin gəlməsində də İranın böyük təsiri olduğu heç kimə sirr deyil.

Yeniçağ.Az

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv