www.sinerjipro.net

SinerjiProWide
Reklam

İranın Xarici İşlər Nazirliyi İraqın Kərkük şəhərindəki rəsmi qurumların yerləşdikləri binalardan Kürd Muxtariyyatı bayraqlarının asılmasına etiraz edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamada Kərkükdə kürd bayraqlarının asılmasının “narahatlıq doğurduğu” və “gərginlik yaratdığı” ifadə olunub:

“Kərkükdə İraq bayraqlarından başqa hər hansı başqa bir bayrağın qaldırılması bu ölkənin Konstitusiyasına ziddir və gərginlik yaradan haldır”.

İraqın ərazi bütövlüyünün və suverenliyinin İran tərəfindən dəstəkləndiyinin qeyd edildiyi açıqlamada ölkədəki bütün qrupların Konstitusiyaya hörmətlə yanaşmalarının vacibliyi bildirilib:

“İŞİD-lə mübarizə İraq xalqı və dövlətinin ən əsas məsələsidir. İraqdakı bəzi tərəflərin Kərkükdə etdikləri hərəkət ölkənin terrorla mübarizəyə sərf etdiyi enerjinin bir hissəsinin daxili siyasi çəkişmələrə yönələcəyinə səbəb olacağından, narahatlıq doğurur”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."