!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran mollaları revanşa hazırlaşırlar: Ruhaninin qarşısına Rəisi çıxarılır

!Reklam – Yazi

İranın keçmiş baş prokuroru İbrahim Rəisi ölkədə mayın 19-da keçiriləcək prezident seçkilərinə qatılacaq.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın mühafizəkar siyasi elitasının prezidentliyə namizədi ölkənin sabiq baş prokuroru İbrahim Rəisi olacaq.

Bu barədə İslam İnqilabı Qüvvələri Xalq Cəbhəsinin Məclis üzvü Sulət Murtazavi məlumat verib. Onun sözlərinə görə, Seçkiləri Müşahidə Mərkəzinin sədrliyindən istefa verən İbrahim Rəisinin prezidentliyə namizəd olacağı dəqiqləşib. Murtazavi bildirib ki, Rəisi ona edilmiş namizədlik təklifinə görə minnətdarlığını bildirərək, seçkilərə qatılacağını deyib.

Qeyd olunur ki, Məşhəddəki İmam Rza kompleksi və türbəsinin gəlirlərini idarə edən İranın ən böyük Vəqfinin sədri olan Rəisi İrandakı mühafizəkar siyasi elitanın ən nüfuzlu fiqurlarından biridir.
Gənclik illərindən başlayaraq, İranın bir sıra şəhərlərində prokuror işləmiş 56 yaşlı rəisi Xomeyni tərəfindən 1988-ci ildə yaradılan və həbsdəki müxalifətçilərə edam cəzası kəsən “Ölüm komitəsi”nin 4 üzvündən biri olub. Rəisi, 2014-16-cı illərdə İranın baş prokuroru vəzifəsini icra edib. O, islahatçı elitanın dəstəklədiyi indiki prezident Həsən Ruhaniyə qarşı çıxarılan ən effektli namizəd kimi dəyərləndirilir.

İran Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, prezident seçkilərində namizədliyin irəli sürülməsi aprelin 11-15-i arasında davam edəcək. Namizədlərin yekun siyahısı isə aprelin 26-da açıqlanacaq.

Yeniçağ.Az

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv