www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Vyana sazişinin müddəti uzadılarsa, İran neft hasilatının həcmini hazırki səviyyədə saxlayacaq”

Yeniçağ.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə Küveytin neft naziri Əssam əl-Marzuk məlumat verib.

“İran OPEC-lə uğurlu qarşılıqlı fəaliyyət nümayiş etdirir. Hasilatı nə azaltmır, nə də artırmır. Neft hasilatını böyük həcmdə artırmaq imkanı olmasına baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Buna görə də düşünürəm ki, Vyana sazişinin müddəti uzadılacağı təqdirdə, İran neft hasilatının həcmini hazırki səviyyədə saxlayacaq”, -deyə nazir qeyd edib.

Almarzukun fikrincə, ikinci yarımillikdə neft təlabatı artacaq, ehtiyatlar azalacaq, “qara qızıl”ın qiyməti bahalaşacaq. Həmçinin nazir OPEC-ə daxil olmayan ölkələrin götürdükləri öhdəliklərə əməl edəcəyi təqdirdə mart göstəricilərinin fevrala nisbətən daha yaxşı olacağını proqnozlaşdırıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."