Yazı İçi 468×60

irannuveABŞ-ı ötən il imzalanmış beynəlxalq nüvə sazişini pozmaqda ittiham edən İran prezidenti Həsən Ruhani rəsmilərə nüvə enerjisi ilə işləyən gəmilərin təkmilləşdirilməsi barədə əmr verib. 

Yenicag.az “BBC”-yə istinadən xəbər verir ki, dünya dövlətləri İrana nüvə proqramına görə tətbiq edilmiş sanksiyaları təxirə salmaq barədə razılaşmışdı.

Lakin Konqres bu yaxınlarda İrana qarşı sanksiyalarla bağlı öz qanunlarının uzadılmasına səs verib.

Prezident Barack Obama-nın qanunları imzalayacağı gözlənilir, amma o deyir ki, bu beynəlxalq sazişə təsir göstərməyəcək.

Cənab Obama təkid edir ki, Ağ Ev İranın nüvə proqramı ilə bağlı bütün sanksiyaların dayandırılmasına davam edəcək.

Bəyanatla çıxış edən cənab Ruhani Konqresinin bu addımını sazişin pozulması kimi dəyərləndirib və bildirib ki, o, vəzifəli şəxslərdən “dəniz nəqliyyatı üçün nüvə yanacağı və nüvə reaktorlarının işlənib hazırlanması və istehsalının planlaşdırması” üzrə işə başlamağı istəyib.

Prezident onu da qeyd edib ki, İran saziş üzərində nəzarət komitəsinə hüquqi şikayət edəcək.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump seçki kampaniyası zamanı, İran razılşamasını ləğv etməklə hədələyib, amma onun siyasətinin nə olacağı aydın deyil.

İran əvvəllər öz nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə gərginlik yaşadığı vaxtda da nüvə enerjisi ilə işləyən gəmilərin hazırlanması barədə çıxış edib.

Lakin təhlilçilər deyirlər ki, strateji mənfəət olmadan bu səylər olduqca baha başa gələcək.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."