!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran telekanalı Güney Azərbaycanı ayağa qaldırdı – İran qarışdı – FOTO – VİDEO

!Reklam – Yazi

uuo7Güney Azərbaycanda fars irqçiliyinə etiraz olaraq keçirilməsi nəzərdə tutulan kütləvi aksiyalar Urmiya Universitetində start götürüb. Təbriz vaxtı ilə saat 16:00-da başlamalı olan etirazlar təyin olunmuş vaxtdan biraz öncə başlanılıb.

Urmiya Universitetinin tələbələri əllərində üzərində irqçilik əleyhinə şüarlar yazılmış plakatlar tutublar və bununla bağlı şüarlar səsləndirərək İran telekanalının türkləri təhqir etməsini kəskin qınayıblar. Aksiyadaa “Haray. haray mən türkəm!”, “Ölüm olsun faşizmə!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” və s. şüarlar səsləndirilib. Məlumata görə, ali təhsil müəssisəsinin bir neçə azərbaycanlı məsulu da aksiyaya qatılıb “Kanal 2” telekanalının türkləri təhqir etməsini qınayıblar. uuo2

Bu arada Urmiya şəhərində bir çox banner açılıb. Bannerlər Urmiya Şəhər Şurası tərəfindən təhqiramiz “Fitilə” proqramına etiraz məqsədilə hazırlanıb.

Qeyd edək ki, bu gün Güney Azərbaycanda fars irqçiliyinə qarşı etiraz aksiyaları keçirilir.

/GunazTV

www.yenicag.az

1275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv