!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran XİN: Ermənistanla əlaqələrimiz yeni deyil, tarixi əlaqələrdir

!Reklam – Yazi

“İran və Ermənistan arasında yaxşı əlaqələr mövcuddur. Bu, tarixi əlaqələrdir və yeni deyil. Bu ölkə digərləri ilə müqayisədə bizim üçün daha az problem yaradan qonşu ölkə olub”.

Yeniçağ.Az-ın APA-nın Tehran bürosuna istenadən verdiyi məlumatına görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında Ermənistan müdafiə nazirinin İrana səfərini şərh edərkən deyib.

B. Qasimi bildirib ki, İran həmişə qonşu ölkələrlə dostluq münasibətlərinə çalışır: “Qafqaz bölgəsi qədim zamanlardan çox həssas və önəmli bir bölgədir. Siyasi əlaqələrdən başqa, tarixi və mədəni oxşarlıqlar bizi region ölkələri ilə müzakirələr aparmağa məcbur edir. Bu səfər İran və Ermənistan prezidentlərinin qarşılıqlı səfərlərindəki razılıqlar əsasında baş tutub. Biz ikitərəfli iqtisadi, siyasi, mədəni və regional məsələləri, eləcə də Suriya məsələsini müzakirə etmişik. Ermənistan rəsmilərinin çoxu Hələbdə doğulub. Bizim Ermənistanla münasibətlərimiz digər ölkənin əleyhinə yönəlməyib”.

B. Qasimi Azərbaycanla dostluq münasibətləri olduğunu və bu əlaqələrin inkişafına çalışdıqlarını söyləyib: “İran Dağlıq Qarabağ böhranının həlli üçün addım atan ilk ölkələrdən olub. Biz çalışırıq bölgənin digər ölkələri, cümlədən Gürcüstanla da əlaqələrimizi inkişaf etdirək”.

B. Qasimi Vaşinqtonun İranla bağlı yeni siyasətinə toxunaraq bildirib ki, raket sınaqları və digər daxili məsələlər İran xalqı və hökumətinə aid olan məsələlərdir: “Amerika hökuməti hələ tam formalaşmayıb. Hökumətin açıqlamaları bir-birinə ziddir. Bəzi söhbətlər düşməncəsinə və hədə xarakterlidir. Bizim üçün çox önəmli deyil. Ona görə ki, ötən onilliklər ərzində bu cür söz-söhbətləri çox eşitmişik, lakin vaxt keçdikcə şərtlər dəyişir. Gözləyirik, bir az da vaxt keçsin və ABŞ hökumətinin dünyadakı proseslərlə bağlı hərəkətlərini daha dəqiq dəyərləndirək”.

Yeniçağ.Az

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv