!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran XİN rəhbəri: Trampın müsəlman ölkələrin vətəndaşları barədə qərarı “ekstremistlərə hədiyyədir”

!Reklam – Yazi

İran xarici işlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyulmasını “ekstremistlərə böyük hədiyyə” adlandırıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, C. Zərif bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

C. Zərif bildirib ki, kollektiv diskriminasiya fikir ayrılıqlarının dərinləşməsinə, terror təbliğatına kömək edir, ekstremistlər də bundan mövqelərini gücləndirmək üçün istifadə edirlər.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi İran vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyulması ilə bağlı cavab addımı atılacağını bəyan edib.

Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.

Yeniçağ.Az

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv